Modern.az

Jurnalistin məhkəməsi başlayır

Jurnalistin məhkəməsi başlayır

Aktual

3 Noyabr 2015, 22:56

Sabah il yarımdır həbsdə saxlanılan jurnalist məhkəmə qarşısına çıxarılacaq. “Ayna Zerkalo” qəzetinin həbsdəki əməkdaşı Rauf Mirqədirovun barəsində olan cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlisultan Osmanovun sədrliyi ilə baxılacaq.  Məhkəmənin hazırlıq iclası saat 15:00-da başlayacaq. R.Mirqədirovun vəkili Fuad Ağayev müdafiə tərəfinin məhkəmədən gözləntilərinin də olduğunu açıqlayıb.

Qeyd edək ki, Rauf Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. Həmin gün təyyarə ilə Bakıya göndərilən jurnalisti MTN əməkdaşları saxlayıblar. R.Mirqədirov barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə həbs-qətimkan tədbiri seçilib.  Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı