Modern.az

Bal yarmarkasında KAMPANİYA: “3 kq bal alana hədiyyə”

Bal yarmarkasında KAMPANİYA: “3 kq bal alana hədiyyə”

Aktual

5 Noyabr 2015, 11:51


Oktyabr ayının 10-da Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Bakı şəhəri, Nizami küçəsi, 92 ünvanında (köhnə dəyirmanın yaxınlığında) təşkil edilən arıçılıq məhsullarının sərgi-satış yarmarkası davam edir.

Kənd Təsərrüfatı nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevin Modern.az saytına verdiyi məlumata görə, bal yarmarkası noyabr ayının 10-da yekunlaşacaq:

“9 noyabrda sonuncu satış günü olacaq. Bu il Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil edilən yarmarkalar əvvəlkilərdən tamamilə fərqlənir. Yarmarkada nazirlikdən ibarət işçi qrupları fəaliyyət göstərir.

Satış başlayandan 10 gün sonra standartlara uyğun olmayan 600 kq-a yaxın arıçılıq məhsulları əməkdaşlarımız tərəfindən aşkarlanaraq bazardan çıxarılıb”.

M.Hacıyev qeyd edib ki, arıçılar yarmarkanın təşkilindən razı qalıb:

“Bu il tam şəffaf, baytarlıq sertifikatı almış arıçılıq məhsulları alıcılara təqdim olunur. Qiymətlər tam sərbəstdir, alıcılar və satıcılar arasında qarşılıqlı razılaşma əsasında müəyyən olunur. Arıçılıq məhsulları 15 manatdan 50 manata arasında dəyişir.

Arıçılar özü yarmarkadakı satışdan razıdırlar. Ümumilikdə 400 nəfərdən çox arıçı 300 tona yaxın balı alıcılara təklif edib. Bu günə olan məlumata görə artıq anbar boşalıb, 90 faiz məhsul satılıb”.

Nazirlik rəsmisi yarmarkanın son iki günündə arıçıların kampaniya keçirəcəyini də açıqlayıb:

“Arıçılar arasında belə bir təklif irəli sürüldü ki, son 2 gün ərzində kampaniya keçirilsin. Kampaniya şərtlərinə əsasən 3 kiloqram bal alana arıçılar tərəfindən hədiyyələr veriləcək”

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı