“İslam dövləti” (İŞİD) terror təşkilatına qarşı qlobal ittifaqın yaranması prosesi tədricən görünməyə başlayır. Bu vaxta qədər bir-birinə qarşı olan ABŞ, Rusiya, və Fransa qlobal alyansın yaranması üçün təşəbbüs göstərirlər.
Modern.az saytının məlumatına görə bu haqda ABŞ-ın məşhur nəşri “Wall Street Journal” yazıb.Qəzetin məlumatına görə sözügedən 3 ölkə arasında terrorizmə qarşı əməkdaşlıq haqqında danışıqlar gedib. İddiaya görə bununla da, Vaşinqton, Moskva, və Paris daha mürəkkəb hərəkətlərin sferasına daxil olublar.
“İŞİD-ə qarşı mübarizə üzrə böyük, vahid koalisiyanın ümumi baxışları görünməyə başlayıb. Bunun formalaşması üçün Fransa prezidenti Fransua Olland çağırış edib”.
Məlumata görə, Rusiya Suriyada İŞİD mövqelərinə qarşı qanadlı raketlər tətbiq etməyi nəzərdə tutan qərarı haqqında Amerikaya xəbərdarlıq edib.
“Rusiya bunu “potensial inkişaf əlaməti” adlandırıb. Rusiya Vaşinqtona hava zərbələri haqqında xəbər verib”,-deyə qəzet yazıb.
Aqşin Kərimov