Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sərkisyanın dekabrda Parisdə gözlənilən görüşü baş tutmayacaq.
Modern.az xəbər verir ki, Ermənistanın “Qraparak” nəşri ölkənin Xarici İşlər Nazirliyinə istinadən bu barədə məlumat yayıb.Qeyd edilib ki, Fransada baş verən terror hadisələri ilə əlaqədar prezidentlər Parisdə nəzərdə tutulan görüşlərini təxirə salmağı qərara alıblar.
O da bildirilib ki, görüşün vaxtı və yeri dəyişdirilib.
Aytən Zəhra