
ABŞ-ın nüfuzlu “Time” jurnalı ənənəvi olaraq “İlin adamı” nominasiyasının qalibini elan edib.
Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, “Time” jurnalının baş redaktoru “İlin adamı” olaraq Almaniya kansleri Angela Merkeli qalib elan edib.
O, il ərzində dünyada baş verən əsas siyasi və iqtisadi proseslər fonunda aktiv iştirakına görə qalib elan edilib. Nominasiya uğrunda mübarizədə Merkelin əsas rəqibləri Rusiya prezidenti Vladimir Putin, “İslam dövləti”nin (İŞİD) lideri Əbu Bəkr Əl Bağdadi, ABŞ prezidentliyinə namizəd Donald Tramp olub.
Angela Merkeldən sonra ikinci yeri İŞİD lideri Əbu Bəkr Əl Bağdadi tutub.
“İlin adamı” nominasiyası “Time” jurnalı tərəfindən 1927-ci ildən başlayaraq hər il verilir. İlk dəfə bu adı Atlantika üzərindən təkbaşına uçuş gerçəkləşdirən pilot Çarlz Lindberq layiq görülmüşdü.

Vüqar İsmayılov