Modern.az

İlham Əliyev Xarici Kəşfiyyat İdarəsi yaratdı, quruma rəis təyin etdi

İlham Əliyev Xarici Kəşfiyyat İdarəsi yaratdı, quruma rəis təyin etdi

Aktual

14 Dekabr 2015, 15:05

Azərbaycan prezidenti İlham Əliyev Orxan Sultanovun Xarici Kəşfiyyat Xidmətinin rəisi təyin edilməsi haqqında sərəncam imzalayıb.

Modern.az xəbər verir ki, sərəncam deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraqqərara alıram:   Orxan Sedyar oğlu Sultanov Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin rəisi təyin edilsin”.

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin yaradılması haqqında fərman imzalayıb.

Fərmanda qeyd olunur ki, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əsasında Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti yaradılsın.

Dövlət Təhlükəsizliyi Xidmətinə və Xarici Kəşfiyyat Xidmətinə tapşırılır ki, əsasnamələrinin layihələrini, strukturları və işçilərinin say tərkibi barədə təkliflərini bir ay müddətində Azərbaycan Prezidentinə təqdim etsinlər.

Modern.az  

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı