Modern.az

“Qarabağ” blokunun buraxıldığı elan edildi - AÇIQLAMA

“Qarabağ” blokunun buraxıldığı elan edildi - AÇIQLAMA

Aktual

17 Dekabr 2015, 11:48


Azərbaycan Demokrat Partiyası (ADP) və Ümid Partiyasının təmsil olunduğu “Qarabağ ” siyasi blokunda seçkilərdən sonra heç bir müzakirə aparılmayıb.

Ümid Partiyasının sədri İqbal Ağazadə mətbuata açıqlamalarında “Qarabağ ” blokunun gələcək taleyinin necə olacağının ADP sədri Sərdar Cəlaloğlu ilə görüşdən sonra müəyyənləşəcəyini bildirmişdi.

Nəzərə alsaq ki, tərəflər arasında heç bir görüş olmayıb, o zaman “Qarabağ ” blokunun artıq fəaliyyətini dayandırdığını deyə bilərik.

ADP sədri Sərdar Cəlaloğlu Modern.az saytına açıqlamasında məsələyə aydınlıq gətirib.

Onun sözlərinə görə, bu məsələnin formal və faktiki tərəfləri var: “Faktiki olaraq blok artıq fəaliyyət göstərmir. Qalıb məsələnin formal tərəfini həll etmək. Yəni rəsmən elan etmək lazımdır ki, blok artıq buraxılıb. Amma fikir versək görərik ki, seçkidən əvvəl “Qarabağ ” blokunun fəaliyyətini dayandırdığını açıqlamışdıq. Əgər bir qurum faktiki olaraq fəaliyyət göstərmirsə, elə o formal olaraq da fəaliyyətini dayandırmış hesab olunur.

Doğrusu, blokun fəaliyyətini dayandırmasını elan etmək üçün hər hansı bir iclasın keçirilməsinə ehtiyac olduğunu düşünmürəm. Məlum məsələdir ki, “Qarabağ ” bloku hazırda fəaliyyət göstərmir, ona görə ki, buna nə Ümid Partiyası, nə də ADP maraq göstərir. Əgər təmsilçilərin heç biri blokun fəaliyyətini davam etdirməsini istəmirsə, o zaman “Qarabağ ” bloku buraxılmış hesab olunur ”.

Vüsalə QƏZƏNFƏRQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı