Modern.az

Qaz “müharibələri”: Azərbaycan nə qazanacaq? – ABŞ nəşrindən TƏHLİL

Qaz “müharibələri”: Azərbaycan nə qazanacaq? – ABŞ nəşrindən TƏHLİL

Aktual

19 Dekabr 2015, 13:05

Türkiyə, sərhədlərinə daxil olan Rusiyaya məxsus Su-24 bombardmançı təyyarəni vurduqdan sonra Ankara ilə Kreml arasında başlayan gərginlik iqtisadi sferanı daha çox əhatə edir.

Düzdür, hər iki tərəf prezidentlər səviyyəsində bir-birini ittiham etsə də, iki ölkə arasındakı siyasi əlaqələr kəsilməyib. Lakin Rusiyanın Türkiyəyə qarşı tətbiq etdiyi iqtisadi sanksiyalar, rəsmi Ankaranın isə buna cavab tədbirləri hazırlaması iki ölkə arasındakı iqtisadiyyat sahəsində problemlər yaradır.

Modern.az xəbər verir ki, ABŞ-ın “The National İnterest” nəşri iqtisadi planda yaranan gərginliyin gələcəyinə dair proqnoz verən təhlil yazısı ilə çıxış edib.

Bildirilib ki, “Türk axını” qaz layihəsinin gerçəkləşməsi prosesində problemlər var. Lakin nəzərə almaq lazımdır ki, Türkiyənin Rusiyadan qaz asılılığı da mövcuddur. Bəs Türkiyə Rusiyadan yetərli miqdarda enerji resurslarını ala biləcəkmi?

Sözügedən yazıda qeyd edilib ki, ən vacib məqam Türkiyənin başqa partnyorlarının olub-olmamasıdır.

Bununla Türkiyə vasitəsi ilə enerji resurslarının Avropaya çatdırılması və Avropa bazarlarında Rusiyaya məhdudiyyət qoyulması məsələləri aktualdır.  

Son illərdə Türkiyədə qaz istehlakı artır, 2014-cü ildə bu, 48 milyard kubmetr təşkil edib. Demək olar ki, Türkiyə bütün ehtiyaclarını idxal vasitəsi ilə təmin edir. Türkiyəyə gələn qazın 2013-cü ildə Rusiyaya düşən payı 57 faizdir. Türkiyədə qaz və digər enerji istehlakının artması  bir neçə ildir ki, iqtisadiyyatın inkişafı ilə müşayiət olunur. Buna görə də, bu pozitiv tendensiyanın tezliklə bitəcəyini güman etmək olmaz.

Lakin indi Türkiyənin hansı alternativlərdən faydalanacağı əsas müzakirə mövzusudur. Ortaya belə iddialar atılıb ki, Ankara enerji maraqlarını təmin etmək üçün İsraillə danışıqlara başlayıb və İsrail bu dövləti qazla təmin edə bilər. Bununla belə Səudiyyə Ərəbistanı və Qətər də alternativ mənbələr hesab olunur.

Digər variant isə İrandır. Amma ikitərəfli əlaqələr mürəkkəb xarakter daşısa da, təbii qaz ehtiyatlarına görə dünyada aparıcı ölkə olan İranın Türkiyəyə boşluğu doldurmaq üçün verəcəyi qaz kifayət edər. Onsuz da, Türkiyənin İrandan da qaz asılılığı var.

Üstəgəl Tehranın Qərblə nüvə razılaşmasından sonra İrana qarşı sanksiyaların aradan götürülməsi onun üçün enerji bazarında əlavə üfüqlər açacaq. Belə olarsa, İran qazının Türkiyə üzərindən Avropa bazarlarına nəqli reallaşması ehtimal olunan əsas versiyalar arasındadır.

“The National İnterest” Azərbaycan faktoruna da toxunub. 

TANAP-ın  Türkiyə ilə Azərbaycanın ortaq layihəsi olduğuna diqqət çəkən nəşr xatırladıb ki,  bu boru kəmərinin tikintisinin 2018-ci ildə başa çatacağı gözlənilir. Bu layihənin reallaşması belə optimist düşünməyə əsas verir ki, Avropanın qaz bazarlarında Rusiyaya güclü zərbə vuracaq.

“Lakin ortaya sual çıxır: Azərbaycan ixrac üzrə öz vədlərini yerinə yetirməyi bacaracaqmı? TANAP üçün əsas qaz mənbəyi Şahdəniz olmalıdır… Bizə məlumdur ki, ötən onillikdə geosiyasi prioritetlər dəyişdi, Gürcüstan Rusiyadan keçib, Azərbaycan qazına üstünlük verməyə başladı. Ancaq belə bir məqamda Tiflisin “Qazprom”la danışıqlar apardığı məlum oldu.


Bu gün Gürcüstanın qaz idxalının 8 faizi Rusiyanın payına düşür. Sonra Gürcüstanın energetika naziri vurğuladı ki, Azərbaycan Şahdənizdən çatdırmaları artırmayacağı təqdirdə  onun ölkəsi “Qazprom”dan qaz almalı olacaq. Azərbaycanın neft  şirkəti SOCAR neftin satışından əldə etdiyi gəlirlərlə Şahdənizi hazırlanmasını maliyyələşdirir. Bu yaxınlarda baş vermiş yanğının (Günəşli yatağı-red) nəticələri nə qədər neqativ olacaq?

Bütün bu məsələlər cavab tapmaq lazımdır. Türkiyəyə və Avropaya Azərbaycan qazının ixracının mümkün artımı haqqında müzakirələr başlanacaq”,-deyə bildirilib.

O da qeyd olunub ki, gələcəkdə Azərbaycan qazı Avropa bazarlarında Rusiya qazına cidd rəqib ola bilər. Bununla yanaşı, Bakı ilə Moskva arasında münasibətlərin yaxşı olduğu da vurğulanıb.

“Kimsə deyə bilər ki, Moskvanın Dağlıq Qarabağ münaqişəsinə təsiri Bakıya əlavə rıçaqlar verir. Amma SOCAR-ın potensial çətinliklərini nəzərə alsaq, onda biz sual etməliyik ki, Rusiya qazının tədarükü barədə “Qazprom”un təklifinə SOCAR-ın razılıq verməsinin vaxtı deyilmi? Əgər bu baş verərsə, Rusiya qazı Trans-Anadolu qaz kəmərinə dolacaqmı? 

Və ya Rusiya qazı daxili istehlakçıların ehtiyaclarının ödənilməsinə, Azərbaycan isə ixraca gedəcək?”. Yazılıb ki, istənilən halda Türkiyənin Rusiya vasitəsi ilə qaza olan tələbatını ödəmək cəhdi ona baha başa gələcək və böyük səylər tələb edəcək.

Aqşin KƏRİMOV


Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı