Modern.az

Analitiklər: İranla Səudiyyə Ərəbistanı arasında müharibə başlaya bilər

Analitiklər: İranla Səudiyyə Ərəbistanı arasında müharibə başlaya bilər

Aktual

5 Yanvar 2016, 11:13

Səudiyyə Ərəbistanının şiə lider Şeyx Nimr Əl Nimri edam etməsindən sonra Ər-Riyadla Tehran arasında yaranan siyasi gərginlik davam etməkdədir.

Şiə və sünni dövlətləri arasında yaranan qalmaqal beynəlxalq KİV-nin aparıcı mövzusuna çevrilib.  

Modern.az xəbər verir ki, politoloq Favaz Gerges gərginliyin asanlıqla nəzarətdən çıxa biləcəyini deyib. O, bu barədə CNN-ə danışıb.  

Onun sözlərinə görə Səudiyyə Ərəbistanı ilə İranın bir-birinə şifahi bəyanatlarla “müharibə” elan etməsi praktiki fazada münaqişəyə çevrilə bilər.  

“Bu iki dövlət Suriyada, İraqda, Yəməndə, Bəhreydnə, Livandakı münaqişələrdə əks cəbhədə iştirak edirlər. Vəziyyət daha da ağırlaşa bilər. Fars körfəzinin ən güclü dövlətlərinin münasibətləri olduqca təhlükəli xarakter alır. Onlar arasında artıq söz müharibəsi başlanıb. Yaxın aylarda situasiya fövqəladə dərəcədə təhlükəli ola bilər”,-deyə o şərh edib.  

CNN-in hərbi analitiki, istefada olan general-leytenant  Mark Hertling isə bildirib ki, Səudiyyə Ərəbistanı ilə İran arasında hərbi münaqişə başlana bilər.  

“Bu əsas məsələdir. Hər şey çox sürətlə inkişaf edir”.  

CNN-nin digər analitiki Bobbi Qoş vurğulayıb ki, diplomatik əlaqələrin kəsilməsi praktiki olaraq qaçılmaz idi.  

“Eurasia Group” firmasının prezidenti Yam Bremmerin fikrincə, müəyyən daxili səbəblərdən İranla Səudiyyə Ərəbistanı bir-birlərinin üstünə hücumlardan imtina edə bilmirlər.  

“İndi Səudiyyə Ərəbistanı neftin qiymətinin düşməsi şəraitində kimin kral olacağı haqqında düşünür. Eyni zamanda İran nüvə proqramına dair Qərblə əldə etdiyi razılaşmanı bloklamaq yollarını axtarır.

Hər iki ölkənin hakimiyyəti millətçi əhval-ruhiyyənin qızışdırılması ilə nüfuzunu saxlamaq istəyir. Bu isə indiki münaqişəni daha da təhlükəli vəziyyətə çatdırır”.  

Aqşin KƏRİMOV        

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı