
Rusiyanın “Lifenews” telekanalının əməkdaşı Yelizaveta Xramtsova Dağlıq Qarabağdan reportaj hazırlayıb.
Modern.az xəbər verir ki, Azərbaycanın tarixi torpaqlarına qanunsuz səfər edən jurnalist hazırladığı videoreportaja “Mühasirədə yubiley: Dağlıq Qarabağ və müstəqillik uğrunda 25 illik mübarizə” adı verib.Qərəzli reportajda Qarabağ həqiqətləri təhrif olunur və ermənilər azadlıq uğrunda mübarizə aparan məzlum xalq kimi təqdim olunur.