
“ABŞ səfirinin Azərbaycandakı bir illik fəaliyyəti ilə bağlı fikirlərini oxudum. Səfir Azərbaycandadır və elə də danışmalıdır”.
Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanın bir illik fəaliyyəti ilə bağlı yazdığı məqaləyə münasibət bildirərkən deyib.O qeyd edib ki, səfirin bu fikirlərini Azərbaycan-ABŞ münasibətləri kimi qiymətləndirmək düzgün deyil.
“Amerika səfirinin İrəvanda dindirsək ayrı cür danışacaq. Əslində, konkret bir şey yoxdur. Onun fikirlərini oxudum, səfirdir, ümumi şeyləri danışıb. Həm də səfirin bir ifadəsilə münasibətlər müəyyənləşmir.
Cənab Prezident Amerikaya getməlidir. Orada nüvə texnologiyaları ilə bağlı böyük yığıncaq olacaq. Oradakı görüşlərin nəticəsi kimi münasibətlərə qiymət vermək olar. Təkcə səfirin iki kəlməsi ilə münasibətlərə qiymət vermək fikrimcə düzgün deyil.
Hər halda real vəziyyəti bu çıxışla qiymətləndirmək çətindir. Hər bir səfir münasibətlərin genişlənməsi və möhkəmnlənməsi üçün olduğu ölkədə elə danışmalıdır”.
Aytən ZƏHRA