
Müasir Rusiya silahları və hərbi texnikası İŞİD-lə mübarizədə Suriya hökumət qoşunlarına müharibənin gedişatını dəyişməyə imkan verib.
Modern.az xəbər verir ki, bu barədə Britaniyanın “İndependent” qəzeti yazıb. Qəzetin məlumatına görə 5 ildə 60 mindən artıq hərbçisini itirən Suriya ordusu rusların silahı hesabına itkilərini xeyli azalda biliblər.Ötən ilin sonlarında suriyalı hərbçilərə təhvil verilən T-90 tankları isə aktiv müdafiə sistemi sayəsində düşmən raketlərinin hədəfə çatmasına bir neçə metr qalmış onların traektoriyasını dəyişməyə imkan verir.
Bundan başqa, elektron müdafiə sistemləri vasitəsilə Suriyanın şimal-qərbində silahlı dəstələrin müdafiə xətlərini yarmaq asanlaşıb.
“İndependent”in məlumatına görə Suriya ordusu Palmira şəhərini İŞİD nəzarətindən geri almağı planlaşdırsa da, sonradan ölkədəki rusiyalı hərbi məsləhətçilər rəsmi Dəməşqi əsas zərbəni Hələbdən Türkiyə sərhəddinə gedən yola endirməyə inandırmışdı.
Qəzet Səudiyyə Ərəbistanın hərbi qoşunlarının zəif döyüş hazırladığını qeyd edir və “Hizbullah” qruplaşması ilə ittifaqda olan Əsəd qüvvələrinin son aylardakı döyüş taktikalarının çox uğurlu olduğunu bildirir.
Vüqar İsmayılov