Modern.az

Rus şirkətinin Azərbaycana satdığı avadanlıqlarla bağlı SİYAHISI

Rus şirkətinin Azərbaycana satdığı avadanlıqlarla bağlı  SİYAHISI

Aktual

2 Mart 2016, 17:37

Rusiyanın “Uralvaqonzavod” şirkəti 2015-ci ildə Azərbaycana satdığı avadanlıqlarla bağlı hesabat yayıb.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu müddətdə şirkət “Azərbaycan Dəmir Yolları” QSC ilə imzaladığı müqaviləyə uyğun olaraq Azərbaycana 301 qapalı tipli vaqon, 200 iritonnajlı konteyner, 1000 yarımvaqon, 450 sistern, 204 taxıldaşıyıcı, 100 mineral gübrədaşıyan vasitələr satıb.

“Uralvaqonzavod” 2015-ci ilin mart ayında imzalanan müqavilənin şərtlərinə əsasən Azərbaycana müxtəlif modifikasiyalı 2900 yük vaqonu satacaq.

Azərbaycan tərəfi 19-5157 modelli kompozit materiallardan ibarət vaqon-hopperlərə də maraq göstərir.

Vüqar İsmayılov

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı