Böyük Britaniyanın Mİ5 kəşfiyyat idarəsinin keçmiş xanım əməkdaşı, hazırda Almaniyada yaşayan Annie Makhon Türkiyədəki terror aktları ilə bağlı açıqlamalar verib.
Modern.az saytının məlumatına görə, Türkiyənin A Haber kanalına danışan sabiq kəşfiyyatçı bildirib ki, böyük ölkələr xaos yaratmaq üçün başqa ölkələrdə bomba partladırlar.“Mən əvvvəllər apardığın təhqiqatlar əsasında deyə bilərəm ki, bir yerdə bomba partlayırsa, həmin an hər yerdə xaos hakim olur. Bütün ölkələr siyasi məqsədlərinə nail olmaq üçün bu formada məkrli planlar oyunlara baş vururlar”,-deyə o prosesləri şərh edib.
Keçmiş agent xüsusilə Amerikanın bu kimi addımlar atdığını vurğulayıb:
“Şübhəsiz ki, ABŞ belə təxribatlar həyata keçirir. Rusiya özü də bir neçə dəfə bu cür provakasiyalara imza atıb. İngiltərə, Fransa, İsrail də analoji addımlar atıb”.
Onun sözlərinə görə, Kanada, İngiltərə, ABŞ, Avstraliya, Yeni Zelandiyanın xüsusi xidmət orqanları bölgədə birgə addımlar atırlar.
Annie Makhon bildirib ki, Diyarbakırın Sur rayonunda saxlanılan ingilis millət vəkili Natalie Mcgarry də Türkiyənin cənub-şərqinə məlumat toplamaq üçün gedib.
Bununla yanaşı o, Qərb ölkələrini terror məsələsində ikiüzlü davrandığını bəyan edib.
“Charlie Hebdo”ya edilən hücumdan sonra bütün dünya liderləri Parisdə qol-qola gəzdi. Amma Türkiyədəki hücumlardan sonra heç biri yas tutmadı. Məncə, bu ikiüzlülükdür”.
O, nurçu camaatının lideri, Fətullah Gülənin Amerika tərəfindən idarə edildiyini bildirib.

Aqşin KƏRİMOV