İordaniya kralı Abdulla Türkiyənin qəsdən Avropaya İŞİD terrorçularını göndərdiyini bildirib.
Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, kral bu haqda hələ yanvarın 11-i Amerika Konqresindəki nitqində desə də, çıxışın mətni yalnız bu yaxınlarda medianın əlinə keçib.İordaniya kralı Türkiyənin İŞİD-dən neft aldığını da bildirib.
“Terrorçuların Avropaya axını Türkiyənin dövlət siyasətinin tərkib hissəsidir”.
Medianın məlumatına görə İordaniya Türkiyə ilə İŞİD-ə qarşı koalisiyada birgə təmsil olunsa da, suriyalı qaçqınlarla bağlı məsələ iki ölkə arasında gərginlik yaradıb.
Vüqar İsmayılov