Modern.az

Unutsaq, ölərik!

Unutsaq, ölərik!

Aktual

29 Mart 2016, 11:00

Şəhidlər üçün...

Bir şəhid olur, səs yox, iki, üç, beş... Səs yox. Qorxuram şəhid xəbərlərinin adiləşməsindən. Adiləşməsin!... Uzun illərdir atəşkəsə verdiyimiz qurbanların adiləşməsi normalmı? Hər gələn şəhid xəbərində geriyə boylanıram... İşğal olunmuş torpaqlar, hər şəhərdə, kənddə salınan Şəhidlər xiyabanı... Saysız hesabsız şəhidlərimiz, qazilərimiz... Unutmuram! Unutmayın! Çünki  unutsan ölərsən, ölərik, yox olarıq, dağılarıq, bölünərik! Bu şəhid xəbərlərini beyninə qazı. Şəhid ailələrinin ocağına düşən od, tökülən göz yaşlarını gördüyündə xatırla  atəşkəs şəhidlərini..

Gör olanları! Nə qədər asandı deyilmi? Şəhid cənazəsində ağlayan ailəni mikrafon qarşısına keçirib vətən sağ olsun dedirtmək.  Şəhid ailələrinə beş oğlum olsa da, şəhid olsun dedirtmək... Şəhid olmaq şərəfdir, əlbəttə vətənə canımız fəda. Amma hər gün şəhid verib, 20 faiz torpağı da xəritədə qaralamaq normal deyil.

Bu şəhidlər atəşkəsin əsəridir... Ağlından çıxartma!

Ölən övladdır. Uşağı yox, arxasında nişanı yox. Biz onun dərdindən anlamarıq. 
Azərbaycan hər gün övladını itirir, torpağa verir, şəhidlər artır...

Vətən sağ olsun, ana! Gedən övladımdır, deyir ana.


Övlad? Tabutda! Getdi, yox oldu. Arxasınca dediyiniz sözlərə baxmayaraq. Onsuz da üç gün sonra ailəsindən başqa kimsə xatırlamaz.
Necə xoşbəxtdi o ana. Oğlu şəhid olmuş. Anaysa agılar deyir, ciyəri dağlanmis çünki...
Ardınca danışarıq...

Şəhidlər ölməz, sizin üçün nə etsək azdı... Bəlkə çox klassik olacaq, bəlkə hər zaman eyni sözləri yazıb, özümüz çalıb, özümüz oynayırıq. Ya da elə özümüz yazıb, özümüz oxuyuruq, deyə  bilərik. Amma yenə də yazıram. Dövlət rəsmilərinin şablon sözləri var, xüsusən kamera qarşısına keçəndə, toplum içində istifadə edirlər. Sizlər üçün nə etsək, azdı.

Biz şəhidləri unutmarıq. Ailəsi bizim ailəmizdi... Maləsəf bu sözlər o qədər adiləşdi ki, şəhid ailələri bu təsəlli sözlərinə diqqət belə, etmir. Onlar torpağa can verir. Övlad canı, bəlkə də ailənin tək oğlunun canını... O, kamera qarşısında duyğu selində üzülən dövlət adamları bəlkə 2 il sonra qapısına kömək istəməyə gələn ananı unudaraq... O dəfni, bayrağa sarılmış tabutun içindəki şəhidi unudacaq...

Amma biz unutmayaq şəhidləri... Unutsaq olərik, yox olarıq, dağılaraq...

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı