
Azərbaycan prezidenti Vaşinqtonda keçiriləcək Nüvə Təhlükəsizliyi Sammitində iştirakı çərçivəsində mühüm görüş keçirəcək.
Modern.az xəbər verir ki, İlham Əliyevin ABŞ dövlət katibi Con Kerri ilə görüşü gözlənilir.
Bu barədə Amerika Dövlət Departamentinin saytında Con Kerrinin 30 mart üçün nəzərdə tutulan qrafikində məlumat verilib.
Bildirilib ki, Con Kerri yerli vaxtla saat saat 14:00 da Azərbaycan rəhbəri ilə görüşəcək.
Aqşin Kərimov