Modern.az

11 ölkə təcili Qarabağ məsələsi üçün toplaşacaq

11 ölkə təcili Qarabağ məsələsi üçün toplaşacaq

Aktual

2 Aprel 2016, 18:06

ATƏT-in Minsk qrupuna üzv ölkələr aprelin 5-də Vyanada toplaşacaq.

Modern.az saytı xəbər verir ki, bu barədə amerikalı həmsədr Ceyms Uorlik bildirib.

“ATƏT-in Minsk qrupunun həmsədrləri bazar ertəsi Vyanada görüşəcək və çərşənbə axşamı isə Minsk qrupunun üzvlərini toplayaraq, Qarabağdakı gərginliyi müzakirə edəcəklər”.

Xatlırladaq ki, ATƏT-in Minsk qrupuna həmsədr ölkələr – Rusiya, ABŞ və Fransa ilə yanaşı, Ermənistan, Azərbaycan, Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya və Türkiyə daxildir.

Vüqar İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı