Modern.az

Təhlükəsizlik Şurasının iclası ÇAĞIRILDI - FOTOLAR

Təhlükəsizlik Şurasının iclası ÇAĞIRILDI - FOTOLAR

Aktual

3 Aprel 2016, 00:15


 

Aprelin 2-də Azərbaycan Prezidentinin yanında Təhlükəsizlik Şurasının iclası çağırılıb.  

Modern.az xəbər verir ki, bu haqda Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb. 

İclasın işi haqqında əlavə məlumat veriləcək. 

Təhlükəsizlik Şurası 1997-ci il aprelin 10-da mərhum eks-prezident Heydər Əliyevin Fərmanı ilə yaradılıb. Təhlükəsizlik Şurası Prezidentin yanında məşvərətçi orqandır.

O, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 27-ci bəndinə uyğun olaraq Prezident tərəfindən yaradılır. Təhlükəsizlik Şurası vətəndaşların hüquq və azadlıqlarının, Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunması sahəsində Prezidentin öz Konstitusiya səlahiyyətlərini həyata keçirməsinə şərait yaradılmasını təmin edir.

Təhlükəsizlik Şurasının iclaslarına Prezident sədrlik edir.

Şuranın Katibi funksiyalarını Prezidentin Administrasiyasının rəhbəri yerinə yetirir.

Administrasiyanın rəhbəri Təhlükəsizlik Şurasının fəaliyyətini təmin edir, onun iclaslarının hazırlanmasına rəhbərlik edir. İclasların gündəliyi və məsələlərin müzakirəsi qaydası Administrasiya rəhbərinin təqdimatı əsasında Prezident tərəfindən müəyyənləşdirilir.


Aqşin KƏRİMOV

                         
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı