Modern.az

Türkmənistanda Əliyev-Paşinyan görüşü: nələr müzakirə ediləcək?

Türkmənistanda Əliyev-Paşinyan görüşü: nələr müzakirə ediləcək?

Analitika

Bu gün, 10:53

Türkmənistanda Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Dövlət Başçıları Şurasının sammiti keçirilir. Sammitdə 9 ölkənin liderləri iştirak edir. Azərbaycan Prezident İlham Əliyev də artıq Türkmənistandadır. Ermənistanın Baş naziri Nikol Paşinyan da bu gün Aşqabadda olacaq. 
Dövlət Başçıları Şurasının sammiti çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin görüşəcəyi istisna olunmur. Dövlət başçılarının hansı məsələləri müzakirə edəcəyi maraq doğurur.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Modern.az-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII qurultayında açıq şəkildə qonşu ölkələrə, o cümlədən Ermənistana əsas mesajlarını çatdırıb:

"Prezidentin Türkmənistan səfəri və orda görüşlərin keçirilməsi milli maraqlarımıza tam cavab verir. İkitərəfli görüşlər, yaxud hansısa fomada təmaslar barədə əvvəlcədən dəqiq nəsə demək çətindir. Bir şeyi dəqiq bilirəm ki, Prezident İlham Əliyev YAP-ın VIII qurultaynda açıq şəkildə öz mesajlarını qonşularımıza, o cümlədən Ermənistana çatdırmışdı. Əsas tezis də ondan ibartədir ki, oyun oynamaq düzgün deyil, Ermənistanın gələcəyi, müstəqilliyi, dövlət kimi özünü sübut etməsi birbaşa müstəqil və heç kəsin təsiri altında olmadan siyasət aparılmasından, konstitusiya ilə bağlı referendumun keçirilməsi və verilən vədlərin yerinə yetirilməsindən asılıdır. Və ən əsas məsələ Ermənistan tərəfinin ikili oyun oynamaması çox vacibdir. Revanşistlərlə bir cərgədə oturub, onların dediyi fikirlərə dəstək çıxmaq olmaz. Bu məsələ ən əsas vacib nüansdır".

Komitə sədri mümkün İlham Əliyev-Paşinyan görüşündə müzakirə ediləcək məsələlərlə bağlı da danışıb:

"Hazırda biz müəyyən praktiki addımların davam etdiyini görürük. Hələ bundan da vacib addımların atıldığının şahidi olacağıq. Delimitasiya və demarkasiya prosesi, vətəndaş cəmiyyətləri arasında təmaslar, Kərki kəndi və sülh sazişi üçün vacib olan digər məsələləri nəzərdə tuturam. Bu proseslərin gedişi ilə yanaşı, hansısa kənar qüvvələrə dəstək vermək, onlarla bir cərgədə oturub onların dediklərini dəstəkləmək əsla bu prosesi yüngülləşdirmir, əksinə, mürəkkəbləşdirir. Əminəm ki, bu istiqamətdə söhbətlər aparılacaq".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada qorxulu anlar - Yüzlərlə dron hücuma keçdi