29 Sentyabr 2016, 13:42 | Ana Səhifə - Yazılar - Yağışa görə... Allaha məktub
Yağışa görə... Allaha məktub

Akif Cabbarlı


“Olur , olur, belə işlər də olur” silsiləsindən

 - İlin-günün bu vaxtında yaxın qohumlarından birinin qaynanası  lap Ginnesin Rekordlar Kitabına düşəsi bir hərəkəti ilə hamımızı heyrətləndirdi. Arvad açıqlanması lazım bilinməyən probleminin həlli üçün birbaşa Yaradana müraciət edib. Özü də yazılı şəkildə. Cənab Haqqa ünvanlanan məktub isə yaxın adam vasitəsi ilə Səudiyyə Ərəbistanına yola salınıb. Güman olunur ki, Məkkədə məktuba baxılacaq və sonra yerinə çatdırılacaq.

 

 Qələm dostlarımdan birinin söylədiklərini əvvəlcə zarafat sandım. Amma bircə oğlunun canına and içdiyindən yarı zor, yarı xoş inanmalı oldum. Təfərruatını isə soruşmadım. Fikirləşdim ki, nə mənası, adam çıxış yolunu Ulu Yaradana məktub yazmaqda görür, daha bu məsələnin müzakirəsinə nə ehtiyac var axı...

 

 Son iki gündə Yaşıltəpəyə güclü leysan yağışlarının düşməsi mənə dostumun danışdığı əhvalatı xatırlatdı. İlahi, qısa fasiləllərlə yağan yağış küçələri, məhəllələri nə günə qoydu. Maşınlara boy verməyən, lap güclü dağ sellərinə bənzəyən yağış suyu insanları vahiməyə saldı, ciddi problemlərlə üz-üzə qoydu. Yastı Məhəllədə rast gəlinən mənzərələr ürəkləri ağrıtdı. “Əlillərin dükanları” kimi tanınan ticarət sırası qap-qara lilin içində itib batmışdı. Əllərində lapatka, vedrə və süpürgə olan binəva satıcılar, mağaza yiyələri qan-tərin içində dükanlarını təmizləyir, yağış suyundan xarab olmuş mallarını səki boyu düzüb payız günəşinin zəif şuaları ilə qurutmağa çalışırdılar. Allah bilir onlara nə qədər maddi ziyan da dəymişdi...

 

 Yastı Məhəllənin sakinlərinə və qonaqlarına öz həlim, mehriban davranışları ilə məhrəm olan itlərdə tanınmaz hala düşmüşdülər. Görünür bir tikə çörək, parçalanmış sümük dalınca ora-bura dazıyarkən güclü yağışın gətirdiyi zir-zibilə, lilə bulaşmışdılar  və növbəti yağışda da təmizə çıxacaqlarına ümidlərini itirmişdilər.Maşınları, həyat-bacanı nə vaxtsa yuyub abıra salmaq mümkün olsa da zavallı itlərin axarlanıb-tumarlanması yəqin ki, heç üfüqlərdə də görünmür...

 

  Bax bu danışdığım və diqqətimdən qıraqda qalan məqamlar qohumumun qaynanasının şanlı məktubunu yada salır. Əvvəllər kəndlərdə quraqlıq vaxtları yağış istəyi ilə pirlərə üz tutar, qurban kəsər, çillə çıxarardılar. İndi bilmirəm, o adətlər qalır yoxsa yox, amma əgər Yaşıltəpə Ərazi İdarəsinin rəhbəri Ağaqulu Quliyeviç su ötürücülərinin, lyukların dəyişdirilməsini, kanalizasiya şəbəkəsinin genişləndirilməsini həyata keçirmək üçün illərdir ki, heç bir addım atmırsa,küçələrin təmiri ləngiyirsə niyə də əhali yığılıb Ulu Tanrıya bir müraciət ünvanlamasın...

 

  Deyilənə görə Ağaqulu müəllim də Allah (ın) adamıdır. Bəlkə bü kişi heç olmasa onu bu dünyaya gətirən, əlini pula,... kresloya çatdıranı eşidə, hə?!...

MÜƏLLİFİN DİGƏR YAZILARI
“Vasitəçiyə inam yoxdursa, demək...” - Əli Əhmədov 26 Noyabr 2020, 14:25 Ermənistan parlamenti hərbi vəziyyətlə bağlı QƏRAR VERDİ 26 Noyabr 2020, 14:20 Fransa Azərbaycanın etimadına layiq deyil - Natali Qule 26 Noyabr 2020, 14:15 Ermənilərin Xankəndidən qovduğu ruslar da geri qayıdacaq - ÖZƏL 26 Noyabr 2020, 14:10 Prezidentin xalqa müraciəti xarici mətbuatda 26 Noyabr 2020, 14:05 Deputatdan maraqlı təklif - ““Qəhrəmanlar parkı” yaradaq” 26 Noyabr 2020, 14:00 Bakıdakı Türkiyə və İran səfirləri GÖRÜŞDÜ  26 Noyabr 2020, 13:55 Millimiz FIFA reytinqində 5 pillə irəlilədi 26 Noyabr 2020, 13:52 Ordumuz Kəlbəcərə niyə Ağdərə yolundan getmədi? - Hərbi ekspertdən AÇIQLAMA 26 Noyabr 2020, 13:49 Fransa Senatında faşizmin təbliği, beynəlxalq hüquqa hörmətsizlik, reputasiya itkisi... 26 Noyabr 2020, 13:46 Nazirlik bu dərslikləri yenidən YAZACAQ 26 Noyabr 2020, 13:42 Mənsum İbrahimov: “Ağdama gedib əhdimi yerinə yetirdim” 26 Noyabr 2020, 13:40 Naqif Həmzəyev: Fransa Senatının Ermənistanı müdafiə etməsi olduqca gülünc görsənir   26 Noyabr 2020, 13:38 Almaniyada qələbə aksiyası keçirilib 26 Noyabr 2020, 13:32 Fransadakı soydaşlarımız Senata qarşı çıxdı 26 Noyabr 2020, 13:28 Səxavət Məmmədov Qarabağın işğalını görsəydi, ürəyi partlayardı 26 Noyabr 2020, 13:24 “Azərenerji” əhəmiyyətli layihə reallaşdırır - Video 26 Noyabr 2020, 13:20 Naftalanda 1000-dən artıq ağac əkilib - FOTO 26 Noyabr 2020, 13:15 “Fransa tarixinin növbəti ən utancverici günlərini yaşayır” - Ceyhun Məmmədov 26 Noyabr 2020, 13:10 Sabah hava necə olacaq? - PROQNOZ 26 Noyabr 2020, 13:05 Elşad Hacıyevə nazirlikdə yüksək vəzifə verildi - TƏYİNAT 26 Noyabr 2020, 13:03 Bu il yeni doğulan uşaqlara ən çox verilən ADLAR 26 Noyabr 2020, 13:00 Polietilen torba və plastik qablar satanlar CƏRİMƏLƏNƏCƏK 26 Noyabr 2020, 12:57 “Vətən Müharibəsi Qəhrəmanı” adı TƏSİS OLUNDU 26 Noyabr 2020, 12:53 Azərbaycan turizm blogerləri Assosiasıyası yaradıldı 26 Noyabr 2020, 12:51 “Zəfər” və “Qarabağ” ordenləri TƏSİS EDİLDİ 26 Noyabr 2020, 12:50 Azərbaycandakı pambıq yığımında növbəti rekord göstərici 26 Noyabr 2020, 12:48 Qələbə medalları ilə bağlı qanun layihəsi qəbul olundu 26 Noyabr 2020, 12:45 Milli Məclisdən Fransa ilə bağlı Azərbaycan hökumətinə ÇAĞIRIŞ 26 Noyabr 2020, 12:40 İdman yazarı: “Narkotikdən asılılıq Maradonanı aramızdan apardı” 26 Noyabr 2020, 12:35 Zahid Oruc: Fransa Senatı ikinci Azərbaycan dövləti təsis etmək istəyir..   26 Noyabr 2020, 12:30 Milli Məclisdə Fransaya etiraz bəyanatı qəbul olundu 26 Noyabr 2020, 12:25 “Fransa Senatı Azərbaycan xalqından üzr istəməlidir”  26 Noyabr 2020, 12:20 Deputat Baş nazirdən xahiş etdi - “Prezident qarşısında məsələ qaldırın” 26 Noyabr 2020, 12:15 Aqil Abbas: Fransa Türkiyənin qələbələrini həzm edə bilmir 26 Noyabr 2020, 12:10
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?