13 Oktyabr 2016, 16:51 | Ana Səhifə - Yazılar - Payız lövhələri
Payız lövhələri

Akif Təvəkküloğlu

Əməkdar  jurnalist

 



Bir  neçə il öncə  bu  yazım jurnallardan birində, ilin bu vədəsində dərc  olunmuşdu.  Çiskinli, leysanlı  hava  durumu bu oktyabr  günlərində məni yenidən eyni ovqata  köklədiyi  üçün  “Payız  lövhələri”ni Modern.az-ın oxucuları  ilə də paylaşmaq  istədim.

 

Göydən nur ələndi,

Dünya təzələndi...

Çoxdan eşitdiyim, gənclik, bəlkə də uşaqlıq illərindən sevdiyim mahnılardan birində səsləndirilir bu sətirlər. Sual oluna bilər ki, bu sətirlərin bizim “ovqat”ımıza nə dəxli var? Təəccüblü bir şey yoxdur. Ola bilsin ki, bu sətirlər yalnız mənim ovqatım üçündür. Amma xoş ovqat yaratmaq üçün “Ovqat” yoluna çıxdığımdan istərəm ki, həmin sətirlərin mənə bəxş etdiyi ovqatı sizinlə bölüşüm. Əziz oxucu, istərdim ki, bu ovqat hər kəsin hər gün təzələnən dünyasına nurla daxil olsun. O mahnıda səslənən fikirlər kimi...

Zənnimcə, mahnının sözləri elə bu fəsildə yazılıb - payızda. Tarixini dəqiq bilmirəm, bəlkə mahnının musiqisi də payızda bəstələnib. Bəlkə də bəstəçi payız yağışının damlara, ağaclara, yarpaqlara və nəhayət, torpağa dəyərək səsləndirdiyi təbiət melodiyasını nota köçürüb. Yaxud səs-küysüz, kimsəsiz bağlara - bağçalara yağan payız yağışının pıçıltısını eşidən şair yağışın söylədiklərini qələmə alıb. Bəlkə də şair yağışın çox xeyirxah missiya ilə yerə səpələndiyini başa düşdüyü üçün onu yerə ələnən nura bənzədir. Bu nur isə dünyanı təzələyir. Bəs hanı nura boyanmış təzə dünyanın adamları? Bəlkə mən görmürəm, təzə dünyada adamlar da təzədir. Yox, yox... Heç köhnə adamları da görmürəm. Nə bağda, nə dağda-aranda, nə dəniz sahilində, nə də yarpaqları çətiri əvəz edən ağac altında. Heç yerdə görmürəm. Yağış yağanda sevinən, yağışı bəhanə edib sevgilisinə yaxınlaşmaq, nəfəs-nəfəsə, göz-gözə dayanmaq üçün qızın çətirinin altına girən oğlanı da   görmürəm. Niyə? Kim bilir bunun niyəsini? Getdim dənizdən soruşam. Dəniz gileyləndi, dedi: “Bu nə etibarsızlıqdı?! Payız gələndən, yağış yağmağa başlayandan sahillərim bom-boşdur. Qəribliyə dönüb buralar. Yayda suyumdan, sahillərimdəki qumdan bol-boluna istifadə edənlər, birdən-birə hara getdilər? Az qala gecə-gündüz məndən ayrı dura bilməyənlər niyə qeybə çəkildilər? Həmişə qucaq açdığım, ağuşumda əzizlədiyim sevgililər hanı? Bəs dostluq, vəfa, etibar harada qaldı? Gör işin harasıdır ki, mənim sahillərimə ancaq yeyib-içməyə gəlib buraları zibilləyənlər də qeybə çəkilib..”

Açığı, dənizin sualları qarşısında aciz qalıram. Suallara cavab tapa bilmirəm və kor-peşman geri qayıdıram. Üz tuturam əvvəllər ilin bütün fəsillərində insanlarla yaxşıca dil tapıb, ünsiyyət quran başqa bir ünvana. Ağaclar, oturacaqlar, uşaqlar üçün əyləncə qurğuları, bir sözlə, bağın nəyi var idisə hamısı yerindədir. Bircə sakinlərindən başqa. Burada da payız həmən payızdı. Ağacların yarpaqları saralıb. Orda-burda daim yaşıl olan bəzək bitkiləri də göz oxşayır. Yağan payız yağışının isə əvəzi yoxdur. Büllur damcılar bərq vurub bütün bağı işıqlandırır. Bu işıqda gur yağışın şırıltısı, qızılı yarpaqların üzərinə düşən damcıların səsi bir hayqırtı kimi qulağı dəlir. Elə bil bağ haray çəkib insanları səsləyir. Bağın ortasındakı tənha ağac isə sevgilisini əbədi itirmiş, göz yaşları selə-suya dönmüş məsum, yazıq bir qıza bənzəyir.

Hara getdimsə yağışda hər yeri tənha, qərib gördüm. Bu nədir - yağışdan qorxmaqmı, yağışa nifrətmi? Dərd oldu ürəyimdə. Bu düşüncələrlə yağış altında islana-islana bağdan çıxıb evlərin arası ilə asta-asta addımlayırdım. Birdən həzin, kövrək gileyli bir səs eşitdim:

 

Evimizin bacasından yağan yağış,

Damcı-damcı damcılar.

Şimşək çaxar, göy gurlayar,

Leysan yağış

Şahə qalxan at belində

Qamçı çalan igid kimi

Ürəyimi qamçılar.

Bu yağışmı, yoxsa qarğış,

Göy yarılıb, göydən yerə

Qəm ələnir.

Elə bil ki, hər ürəyə

Dərd ələnir.

 

Bu sözlərdən çox təsirləndim. Görəsən torpağa xeyir-bərəkət, yanan qəlblərə təşnə olan yağışdan niyə insanlar bezib, gileylənir, narazılıq edir?

Hava qaralmışdı, soyuq idi. Yağış məni təpədən-dırnağa islatmışdı. Amma üşümürdüm. Sanki göydən ələnən nur cismimə hərarət, qəlbimə sərinlik gətirirdi. Amma yenidən eşitdiyim səs canıma yaman üşütmə saldı:

 

Leysan yağış, belə yağma,

Xanimanım talan olar amandı.

Sahildəki qayaları dili ilə qılınc təki parçalayan

Sellər kimi belə axma

Gülüstanım viran olar amandı.

İstər-istəməz düşünürsən adamlar yerə nur, insanlara bar-bərəkət verən yağışdan niyə gileylidirlər... Üşüyə-üşüyə bu düşüncələrə dalmışdım. Məndən başqa ətrafda kimsə yox idi. Bu an yanımda bir avtomobil dayandı:

Ay adam, gəl əyləş, yağış səni birtəhər edəcək.

Bu söz də məni yamanca tutdu. Maşına əyləşdim. Möhkəmcə titrəyirdim. Qısa bir müddət səssiz-səmirsiz yol getdik. Birdən sürücü radionu işə saldı. Xəbərlər oxunurdu. Elə bil bu gün dünya hadisələri yağış üstündə köklənmişdi:

Sel suları filan şəhərdə filan fəlakəti törətdi.

Çayların daşması nəticəsində filan qədər əkin sahəsi məhv oldu.

Güclü yağış filan qədər evi suya qərq etdi...

Bu xəbərlər sanki məni yuxudan oyatdı. Elə bil nəsə yeni bir kəşf etdim. Əslində düşündüyüm suallara cavab tapmışdım və bu mənim üçün həmin gün dünyanın ən böyük kəşfi idi. Və bunu bütün dünyaya, insanlara çatdırmaq istəyirdim. Eşitdiyim xəbərlərdən sonra belə qənaətə gəldim ki, nə insanlar yağışdan üz döndərib, nə də ki, yağış insanlara qənim kəsilib. Hər ikisi - insan da, yağış da təbiətin bir parçasıdır, hər ikisi təbiətin övladlarıdır. Yağış həmin yağış, insan həmin insan. Anamız təbiət də ki müqəddəsliyi ilə öz yerində. Sadəcə olaraq, təbiətin insan adlı övladının öz “ana”sına  münasibəti dəyişib. Yağış neyləsin? Yəqin ki, ana təbiət öz övladına qəzəblənib. Ona görə gəlin anamız təbiəti hamımız sevək. Qış da, yaz da, yay da, payız da gözəldir.

Yağış da ki, nurdur ki var. Qoy yağmağında olsun.

Yağ ey yağış,

Susuzluqdan cadarlanmış torpağa yağ,

Bəhrə yetir.

Yağ ey yağış,

Məhəbbətdən uzaq düşmüş

Qəlblərə yağ

Sevgi bitir.

 

Robert Koçaryan ilk mitinqini təyin etdi 6 May 2021, 23:06 İki sərbəst güləşçimiz Olimpiya yarışında bürünc uğrunda yarışacaq 6 May 2021, 22:57 Buraxılış imtahanında maksimum bal toplayan yeganə şagird odur - FOTO 6 May 2021, 22:38 Daha bir itkin zabitimizin şəhid xəbəri gəldi - FOTO 6 May 2021, 22:14 Nazir canlı yayımda sualları cavablandıracaq 6 May 2021, 21:43 Avropa İttifaqı çevik hərbi qüvvələr yaradacaq 6 May 2021, 21:35 Erməni nazir: “Mən türk mallarının satışına qadağa söz verməmişəm” 6 May 2021, 21:26 “Neftçi” çempion oldu - FOTO 6 May 2021, 21:19 Rio-de-Janeyro metrosunda atışma - 25 nəfər öldü 6 May 2021, 21:11 Türkiyə konsulluğu 7 ildən sonra fəaliyyətini bərpa etdi   6 May 2021, 21:00 ABŞ Ukraynanın NATO üzvlüyünə dəstək verdi 6 May 2021, 20:47 Cüdoçumuz “Böyük dəbilqə”də bürünc medal qazandı 6 May 2021, 20:38 Nazirlik çirkab suya görə “Azərsu” ASC-ni ittiham etdi 6 May 2021, 20:21 Samir Nuriyev iclas keçirdi - FOTO 6 May 2021, 20:07 Deputatdan evlənmək istəyənlərə şad xəbər - “Toylarla bağlı yeni standartlar yaranacaq” 6 May 2021, 20:00 Dövlət Agentliyi: Qazilərin protezlə təminatı üçün bütün tədbirlər görülür 6 May 2021, 19:52 Mustafa Cengiz namizədliyini geri götürdü 6 May 2021, 19:44 Saç tökülməsini dayandıran effektiv YOLLAR 6 May 2021, 19:37 Bu bankların əmanətçilərindən ərizə qəbulu başa çatdı 6 May 2021, 19:30 Məşhur restoranlar cərimələndi - SİYAHI 6 May 2021, 19:22 Sabirabadda sirkə turşusu içən qadın xəstəxanada ÖLDÜ 6 May 2021, 19:15 Nazir AzTU-ya yeni prorektor təyin etdi - FOTO 6 May 2021, 19:08 Milli Məclisdə görüş - FOTO 6 May 2021, 19:01 Səfir: “Qazaxıstan həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib” 6 May 2021, 18:54 ATƏT sədri Azərbaycanın erməni diversantlarını azad etməsini alqışladı 6 May 2021, 18:47 “Qarabağla bağlı razılaşmaları yerinə yetirməyə hazırıq” - Paşinyan 6 May 2021, 18:40 “Twitter”in işində problem yarandı 6 May 2021, 18:27 Xarici diplomların tanınması üçün müraciət metodu sadələşdirildi 6 May 2021, 18:20 Gömrük Komitəsi bayram günləri də işləyəcək 6 May 2021, 18:14 Buraxılış imtahanlarının nəticələri AÇIQLANDI 6 May 2021, 18:07 Qətərin maliyyə naziri həbs olundu 6 May 2021, 18:00 Məktəblərin çağırışaqədərki hazırlıq rəhbərləri ilə müzakirə aparıldı 6 May 2021, 17:54 Dolların sabaha olan məzənnəsi 6 May 2021, 17:48 Saakaşvili seçkilərdə iştirak üçün Gürcüstana qayıdacaq 6 May 2021, 17:42 Bakının mərkəzi küçələrinin birində hərəkət məhdudlaşdırılacaq 6 May 2021, 17:36