24 mart 2017, 23:07 | Ana Səhifə - Yazılar - Aprel şəhidinin ailəsini sıxışdıran icra nümayəndəsi, SƏN KİMSƏN?!
Aprel şəhidinin ailəsini sıxışdıran icra nümayəndəsi, SƏN KİMSƏN?!

Aida Eyvazlı


Mart ayının 22-si şəhid Seymur Baxışovun həyat yoldaşı Aynurə xanım  günorta saatlarında telefonuma təlaşla zəng vurub dedi ki, ötən ilin aprel döyüşləində şəhid olmuş əri, MAXE Seymur Baxışovun xatirə lövhəsini yaşadıqları 4-cu mikrorayon, 24 saylı binanın üzərinə vurmaq istəyərkən,  Sumqayıt şəhər icra hakimiyyətindən 4 maşın dolu kişi onların başının üstünü kəsdirərək, təcili surətdə işi dayandırmağı, xatirə lövhəsinin həmin binadan vurulmasının qanunazidd hərəkət olduğunu deyiblər. Və bu dörd maşındakı 10 nəfərdən artıq kişi, qadınların üzərinə qarğa-quzgun kimi hücum çəkiblər. Tələb ediblər ki, binanın qarşısında apardıqları işi təcili dayandırsaınlar. Və deyiblər ki, bu lövhə binanı uçura bilər, texniki qayadalara uyğun gəlmir, binaın bir tərəfinin əyilməsinə gətirib çıxaracaq...
Qadın onlardan soruşur ki, bəs binaların alt və üst qatlarında bu qədər artırmalar,  layihələri pozub mağaza, salon, gəlirli obyektlər tikənlər şəhərin gözəlliyini, binaların  görüntüsünü pozmurmu... O tikintilər binaları təhlükəyə salmırmi?!  Kimdir ki, o gəlinin dediyini eşidən. Burada İvan Krılovun “Qurd və quzu” təmsilini xatırladım.   Təbii ki, telefonda ağlaya-ağlaya bu hadisəni mənə danışan dul qalan gəlinin hansı hallar keçirdiyini təsəvvür etmək çətin deyil.  Mən ƏRİ Vətən uğrunda döyüşdə həlak olub, Azərbaycana “Qalibiyyət” adlı misilsiz şərəf gətirən dul gəlindən soruşdum ki, niyə bu haqda vaxtında Sumqayıt şəhər icra hakimiyyətinə müraciət etməyiblər. Gəlin dedi ki, icra hakimiyyətinə bu sualla müraciət etsələr  də, qapıda gözləsələr  də onları qəbul edən olmayıb.  İndi isə öz hesablarına binanın yan divarını aqlay daşlarla suvayaraq, üzərinə bir xatirə lövhəsi vuranda qəzəbə gəliblər. Jurnalistləri köməyə çağırırdı, əlimdə Aprel döyüşləri haqqında kitab çap prosesində olduğundan, bu mühüm işi yarımçıq qoyub Sumqayıta gedə bilmədim. Naəlac qalan gəlin, şəhid ailələrinin problemi ilə bağlı, görüşlərin birində ona telefon nömrəsi vermiş, şəxsə zəng vurur. Həmin şəxs gəlini dinləyən kimi, Sumqayıtın aidiyyatı orqanlarına ya xəbərdarlıqmı edir, ya göstərişmi verir, nə olursa, bayaq şir-nər kimi üç qadının üstünə tökülüşən icra hümayəndələri quzuya dönürlər... Və bir anın içərisində “mələksimalı, xeyirxah” bəndələrə  dönüb, Baxışovlar ailəsinin qulluğunda hazır olduqlarını deyirlər. Hadisənin sonu yaxşılıqla bitir. Yalnız yuxarıdan olan göstərişdən sonra, əmrə hazır “şiri-nərlər”  geri çəkilərək, vətənimizə QALİBİYYƏT şərəfi gətirən, ölümündən sonra 17 gün  tabutunu  gözlədiyimiz Seymur Baxışovun  bu məhəllədə doğulub, bu evdə yaşamasını bildirən  lövhəni binaya vururlar. Yaxşı ki, sonu belə qurtardı. Ən azı, bu binaın qarşısından keçən insanlar oxuyacaqlar, unutmayacaqlar, soruşacaqlar, o günümüzün Qəhrəmanlıq xatirəsini yaşadan bir lövhə həmişə diqqət mərkəzində olacaq.

Bu gün xəbər saytlarından oxudum ki, Elçin Zahiroğlu ermənilərin Azərbaycan bazarına mal çıxardıqlarının üstünü açıb və bunu sübut edəndən sonra, onun üzərinə hücuma keçənlər olub, onu şər-böhtan atmada günahlandırıblar. Lakin Elçin Zahiroğlunun əlindəki “Made in ARMENİA” yazılan faktı kimsə incələmək istəmir ki, ay dadi bidad bu  torpaqlarımızın 20 faizini işğalda saxlayan, 25 ildir ki, insanlarımızı, arzularımızı məhv edən ermənilərin Azərbaycan bazarına yol açmasına  kim  imkan yaradıb? Bunun bir tərəfi də axı bizim ölkəmizin təhlükəsizliyinə təhlükə gətirir. Mən heç inanmaq istməirəm ki, OVS mağazalar şəbəkəsində Elçin Zahiroğlunun şəkil çəkdiyi məqamın görüntüsünü götürmək bu qədər çətin ola bilər? Yəni OVS mağazalar şəbəkəsini idarə edənlər, dövlətimizdən güclüdürlər?!  Mən inanmaq istəyirəm ki, bizim təhlükəsizlik, hüquq mühafizə orqanları sistemində hələ Vətən qeyrəti çəkən, şəhidlərimizin qanını almaq istəyən zabitlərimiz var. Və onlar, Azərbaycana ermənilərin istehsal etdiyi və ya, ermənilərin marağına uyğun olaraq Azərbaycan bazarına üzərində hərbi naxışlar olan malların kimlər tərəfindən gətirildiyini mütləq aşkar edərək, ictimaiyyətə xəbər verəcəklər. Vətənin bu müqəddəs savaşaında mücadilələr etdiyimiz halda, öz ciblərini, erməni qohumlarını düşünərək, Azərbaycana onların ticari sistemlərini yeridənlərin cəzasını verəcəklər.  Biz bu torpaqlar uğrunda qan tökmüşük,can vermişik...

Bu hadisədən narahatlığımı, nahaqdan dul qalmış bir şəhid gəlininin başına gətirilənlə başlamadım... Yəni bunu xatırlatmaq lazımdırmı ki,  o Seymuru da, Raqufu da, Əbsdülməcidi də... bu günə qədər minlərlə insanımızı ermənilər öldürüblər.  Niyə bizim bütün  “boz işlərimiz”  satışdan gedir? Nə zamana qədər satacağıq... dövlətin içərisində nə zamana qqədər  sadə insanlarla alqı-satqı oyunu edəcəksiniz? Niyə bir şəhid ailəsinə bir xatirə lövhəsi vurmağa, ailəsini dolandırmaq üçün bir balaca mal tövləsi tikməyə, çadırdan çıxıb 5 sot yerdə ev tikib balalarını başına yığmağa torpaq vermirik, vəzifəli məmurların isə imartlərinin  sahəsi yüzlərlə kvadratmetr ,hasarlarının hündürlüyü artıq 7-8 metrə çatır... Ancaq o hasarların ətrafından aprel döyüşlərində ataları, qardaşları, oğulları həlak olanlar da keçir... Unutmayın ki, Azərbaycan prezidenti İlham Əliyev bizim Qalibiyyət savaşımızı qiymətləndirərək, Aprel döyüşlərində həlak olan oğullarımıza və həmin döyüşlərdə iştirak edənlərə  yüksək dəyər verdi. Lütfən, bunu unutmayın!!!

Türkiyəli nazir: "Fərman İsmayılovun nəşinin olduğu gəmi Qabondadır"   24 Yanvar 2021, 14:05 Vətən müharibəsi qazisi prezident təqaüdü və müavinətlə təmin ediləcək 24 Yanvar 2021, 13:50 Zərdüşt Əlizadə: "Rus xalqı acından ölürsə, canı cəhənnəmə..." 24 Yanvar 2021, 13:44 Çində qəza baş vermiş qızıl mədənindən daha 10 şaxtaçı çıxarıldı 24 Yanvar 2021, 13:35 İrəvan qarışdı: "Satqın Nikol, istefa!" 24 Yanvar 2021, 13:28 İbrahimoviç "Atalanta"nın hücumçusu ilə münaqişəyə girdi 24 Yanvar 2021, 13:23 Düşmən daha 72 itkisini açıqladı 24 Yanvar 2021, 13:20 Lənkəranda itkin düşmüş yeniyetmə tapıldı 24 Yanvar 2021, 13:09 Yunis Hüseynov istefa verdi 24 Yanvar 2021, 12:59 Nazir 10 şagirdin ölümündən, 60 məktəbin dağıdılmasından yazdı 24 Yanvar 2021, 12:51 Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyi konsepsiyası təqdim olundu 24 Yanvar 2021, 12:46 Mingəçevirdə karantin qaydalarını pozan tədris mərkəzi aşkarlandı 24 Yanvar 2021, 12:36 Ermənistanda virusdan ölənlərin sayı üç mini ötdü   24 Yanvar 2021, 12:29 İstixana sahiblərinə qazdan istifadəyə görə güzəşt tətbiq olunacaq 24 Yanvar 2021, 12:18 Xəmsənin Osmanlı türkcəsində yenidən nəşri və satışı planlaşdırılır 24 Yanvar 2021, 12:08 Sabahın havası: bir yandan duman,  o biri yandan külək 24 Yanvar 2021, 12:05 Çavuşoğlu: Gəmi Qabona çatandan sonra nəşlə bağlı addımlar atılacaq 24 Yanvar 2021, 12:00 Hacıqabulda dəhşət: ot presləyən qurğuya düşdü, xəstəxanada keçindi 24 Yanvar 2021, 11:51 Deputat xeyriyyəçiliyin leqallaşdırılmasından DANIŞDI: "Asan deyil" 24 Yanvar 2021, 11:44 Hələ onlarla erməni əsgərinin meyiti tapılmayıb - Tadevosyan 24 Yanvar 2021, 11:36 Füzulinin Aşağı Veysəlli kəndindən ən son görüntülər - Video 24 Yanvar 2021, 11:34 Gürcüstanda virusdan ölənlərin sayı azaldı 24 Yanvar 2021, 11:29 Daha bir ölkədə kütləvi vaksinasiya başlayır 24 Yanvar 2021, 11:22 “Mozart” gəmisi Qabona istiqamət götürdü 24 Yanvar 2021, 11:14 İraqda 340 nəfər edam olunacaq 24 Yanvar 2021, 11:11 Şamaxıdakı vulkan evlərin divarını çatlatdı 24 Yanvar 2021, 11:02 Türkiyə yenə silkələndi 24 Yanvar 2021, 10:58 Türkiyə gəmisində öldürülən azərbaycanlının nəşi sabah ölkəyə gətiriləcək - XİN 24 Yanvar 2021, 10:51 İranın Xarici İşlər naziri bu gün Bakıya gəlir - NAZİRLİKDƏN AÇIQLAMA 24 Yanvar 2021, 10:44 Almaniyada virusa yoluxanların sayı yenə artdı 24 Yanvar 2021, 10:36 Azərbaycan kubokunda yeni mövsüm başlayır 24 Yanvar 2021, 10:34 Çində 14 gün dağıntılar altında qalan şaxtaçı xilas edildi 24 Yanvar 2021, 10:21 Gömrük Akademiyası 9 yaşını qeyd edir 24 Yanvar 2021, 10:16 Ya rəhbərlik dəyişəcək, ya da idarəetmə Müşahidə Şurasına keçəcək - Rövnəq Abdullayev erası bitir 24 Yanvar 2021, 10:11 Yanvarın 24-ü Beynəlxalq Təhsil Günüdür 24 Yanvar 2021, 10:05