Modern.az

Həccə gedənlərin müayinəsinin Qafqaz Müsəlmanları İdarəsinə aidiyyatı yox imiş

Həccə gedənlərin müayinəsinin Qafqaz Müsəlmanları İdarəsinə aidiyyatı yox imiş

16 Sentyabr 2009, 17:19

Mətubatın yazdığına görə, bu il Azərbaycandan Həcc ziyarətinə gedəcək şəxslər “donuz qripi”nə qarşı peyvənd olunmaq üçün Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən 20 saylı poliklinikaya yönəldilib.

Modern.az-ın müxbirilə söhbətdə QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bu barədə məlumatsız olduğunu söyləyib. Onun sözlərinə görə, Həcc ziyarətinə getmək istəyən hər bir şəxs digər sənədlərlə yanaşı, idarəyə sağlamlıq haqqında arayış da təqdim etməlidirlər: «Bizim idarə Həcc ziyarətinə gedən şəxslərin tibbi müayinəsilə məşğul olmur. Həcc ziyarətinə gedənləri 20 saylı poliklinikada tibbi müayinədən keçirəcəyimiz barədə xəbərlər əsassızdır. Mən bu barədə məlumatı son zamanlar mətbuatda gedən yazılardan əldə etmişəm. Həccə gedəcək şəxslər digər sənədlərlə bərabər, həm də sağlamlıqları haqqında arayışı bizə təqdim edirlər. Məhz həmin sənəddə onların səhhətlərilə bağlı bütün məlumatlar yer alır. Sağlamlıq haqqında arayışı Həcc ziyarətinə getmək istəyən şəxslər özləri əldə etməlidirlər. Biz sadəcə, həmin şəxslərin Həcc ziyarətinə gediş-gəlişini təmin edirik».

 

 

Aqil LƏTİFOV

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir