17 Sentyabr 2020, 10:48 | Ana Səhifə - Yazılar - Bir kitabın taleyi....
Bir kitabın taleyi....

Firuz Mustafa


Bəli, hər kitabın öz taleyi, bəlkə də öz “tərcümeyi-hal”ı olur...

İlk kitabım ötən əsrdə çap olunub. Düzü, ta çıxan titablarımı və oynanılan pyeslərimi “barmaqhesabı” saymıram. Ona görə yox, onların sayı-hesabı yoxdur. Yox, sadəcə olaraq, mən belə düşünürəm ki, peşəkar yazı-pozu adamının borcu kitab saymaq yox, kitab yazmaqdır. (Bu yerdə lap gülməli əhvalatlar yadıma düşdü ki, onlardan da biri bəzi əhli-qələmlərin əsər bir yana qalsın, oturub “layk” saymağıdır). Saymasam da bilirəm ki, həm elmi, həm də bədii kitablarımın sayı yaşımdan bir xeyli artıqdır....

Nə isə... Dediyim kimi, hər kitabın öz taleyi olur. Müxtəlif janrlarda kitablarım var. Mən indiki halda yalnız bir kitabımın taleyi ilə bağlı müxtəsər söhbət açıram.

Arada özümçün poetik parçalar yazıram. Onların əksəriyyəti onluq və dördlülərdən ibarətdir. Mən uzun müddət şeir yazdığımı “sirr olaraq” saxlayırdım. Arada özümün bəyəndiyim misralarımdan əzbər desəm də, “müəllifini” unutduğumu deyirdim.

Günlərin bir günü əməkdalıq etdiyim nəşriyyatın müdiri dedi ki, eşitmişəm şeirlərin var, gəlsən onları nəşr edək. Etiraz etdim. Naşir dəfələrlə israr etdi, dedi ki, onluqlarını nisyə buraxa bilərəm. Alınar alınar, alınmasa da eybi yox. Onu da əlavə etdi ki, qazanc onun olacaq (əgər olsa), mənə isə bir neçə kitab hədiyyə ediləcək.

Razılaşmalı oldum. Kitabçı naşir kitabın üz qabığı üçün məndən fotolar istədi... Az sonra gənclik şəklim “ONLUQLAR” kitabımın üz qabığında dərc olundu...

Şərtimizə görə naşir kitabın bütün tirajını özü satdı. Mənə çatan nüsxələri isə o vaxtlar Bülbül prospektində yerləşən M.Seyidzadə adına uşaq və gənclər mağaza-kitabxanasında satışa qoydum. Bir neçə gün sonra mağazanın qarşısından keçərkən mağaza-kitabxanada çalışan xanım məni görüb dedi ki, kitablarının hamısı satılıb, gəl pulunu götür...

Sən demə, kitabı yaxınlıqda yerləşən ADPU-da və MMA-da təhsil alan tələbə gənclər (gələcək pedaqoq və musiqiçilər) alıbmış. Zənnimcə, onları clb edən nəsnələrdən biri də kitabın tərtibatı olmuşdu. Bilmirəm, bəlkə də səhv qənaətdir. Amma, fakt budur ki, kitablar sürətlə satıldı. Oxuyanlar tərifli sözlər dedilər. Ünvanıma məktublar gəldi. Həmin kitaba daxil olan onluqların bir çoxu əcnəbi dillərə tərcümə edildi. Hətta, resenziyalar-rəylər belə yazıldı o kitabla bağlı-şair olmasam da belə.

P.S. Yeri gəlmişkən, elə bu gün də satılan kitablarımın ödənişini etdilər. Böyük qonaqlığa macal olmasa da, dostlarla geniş çay süfrəsi ətrafında toplaşmaga macal tapmaq olar.
Yaxşı, bəs bir cümlədə iki dəfə işlənən bu “macal” sözü haradan ağlıma gəldi? Hə, xatırladım- həmin dediyim o “Onluqlar” kitabı elə macal, vaxt, zaman anlayışlarının poetik interpretasiyası ilə açılır:


Oxucum! Adın nə, soyadın nədir?
Bilmirəm... Di gəl ki, sözüm sənədir.

Ünvanın necədir? Neçədir yaşın?
Kişisən, ya qadın, ay canım-gözüm?
Bəlkə işin-gücün başından aşır?..
Bilmirəm... Di gəl ki, sənədir sözüm.

Sənə bir sirr açım, mənə qulaq as:
Ağlı olanların baxtı olmayır.
Əgər macal tapsan dərdləşək bir az,
İşi olmayanın vaxtı olmayır.

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Hikmət Hacıyevdən şəhidlərimizlə bağlı PAYLAŞIM 4 Dekabr 2020, 12:15 Soydaşlarımız Fransa Senatının və Belçika Parlamentinin qəbul etdiyi qətnamələrə etiraz etdilər 4 Dekabr 2020, 12:11 Azərbaycan xalqı Şəhidlər xiyabanını ziyarət edir 4 Dekabr 2020, 12:08 “İRS” jurnalının İsraildə ilk sayı nəşr olunub 4 Dekabr 2020, 12:03 Şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla anıldı - VİDEO 4 Dekabr 2020, 12:00 Paşinyanı duelə çağırdılar 4 Dekabr 2020, 11:55 Fransa Senatının təşəbbüsü Avropa ölkələrində dəstəklənmir 4 Dekabr 2020, 11:51 Prezident və Birinci xanım Şəhidlər Xiyabanında... - VİDEO 4 Dekabr 2020, 11:47 Maska, yoxsa yaşmaq? 4 Dekabr 2020, 11:42 Azərbaycan tarixdə heç zaman bu qədər güclü olmamışdı 4 Dekabr 2020, 11:40 Deputat Tural Gəncəliyev də virusa yoluxdu 4 Dekabr 2020, 11:37 Evdən çıxan 17 koronavirus xəstəsinə cinayət işi açıldı  4 Dekabr 2020, 11:33 Şəhid Vüsal Məhərrəmov: Vətən uğrunda ölümü ilə əbədiləşən qəhrəman 4 Dekabr 2020, 11:32 485 arzuolunmaz fransız... 4 Dekabr 2020, 11:28 Şuşa uğrunda şəhid olan kapitan - FOTO 4 Dekabr 2020, 11:22 Mağazalardan oğurluq edən şəxs saxlanıldı - FOTO 4 Dekabr 2020, 11:16 İlham Əliyev: “Qarabağ münaqişəsi hərbi-siyasi yollarla həll edilib” 4 Dekabr 2020, 11:10 Gürcüstanda koronavirusa sutkalıq yoluxma sayı 5 mini ötdü 4 Dekabr 2020, 11:04 Ermənistanda yaşayanların sayı AZALIB 4 Dekabr 2020, 10:58 “Fransa hökuməti Qarabağın müstəqilliyini tanımır” - Səfir 4 Dekabr 2020, 10:52 Prezident şəhidlərimizlə bağlı paylaşım etdi 4 Dekabr 2020, 10:46 Bakıda COVİD 19-a ən çox yoluxan rayonlar - SİYAHI 4 Dekabr 2020, 10:40 Ermənistan itkilərinin bir hissəsini AÇIQLADI 4 Dekabr 2020, 10:34 Mahir Qabiloğlunun ad günündə “İTBAŞI” romanının 3-cü hissəsi çap olundu 4 Dekabr 2020, 10:28 İlham Əliyev: “Dünya pandemiyanın növbəti dalğası ilə üzləşib” 4 Dekabr 2020, 10:22 Koronavirusa yoluxma üzrə lider rayonlar - SİYAHI 4 Dekabr 2020, 10:16 “Təcavüzkar dövlət sülhə məcbur edildi” - İlham Əliyevin BMT Baş Assambleyasındakı ÇIXIŞI 4 Dekabr 2020, 10:10 Deputatdan növbəti onlayn qəbul  4 Dekabr 2020, 10:04 Fransa səfiri Xarici İşlər Nazirliyinə çağırılacaq - RƏSMİ 4 Dekabr 2020, 09:58 Hərbi icmalçı Ordumuzun itkilərini ŞƏRH ETDİ: “Əsas çətinlik cəbhə xətti yarılarkən olub”   4 Dekabr 2020, 09:52 Bakıda koronavirus xəstəsinə cinayət işi açıldı 4 Dekabr 2020, 09:46 TƏBİB-in şöbə müdiri Sərhəd Qoşunlarının Hospitalına rəis təyin olundu - FOTO 4 Dekabr 2020, 09:40 Vyetnamda çətin duruma düşmüş azərbaycanlılar təxliyyə edilib 4 Dekabr 2020, 09:34 “Qarabağ” reytinqində gerilədi   4 Dekabr 2020, 09:28 Bərdədə koronaviruslu xəstəyə cinayət işi açıldı 4 Dekabr 2020, 09:22
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?