Modern.az

Türkiyədə diplomatların təhlükəsizlikləri gücləndirilib

Türkiyədə diplomatların təhlükəsizlikləri gücləndirilib

Dünya

20 Avqust 2018, 20:01

"Türkiyə Xarici İşlər Nazirliyi ABŞ-ın Ankaradakı səfirliyinin binasının atəşə tutulmasını qətiyyətlə pisləyir. ABŞ-ın Ankaradakı səfirliyinin və digər diplomatik missiyaların, eləcə də diplomatik nümayəndəliklərin əməkdaşlarının təhlükəsizlik tədbirləri gücləndirilib". Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Hami Aksoy məlumat verib.

 

Hami Aksoy bildirib ki, müvafiq qurumlar cinayətkarların və hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi üzərində çalışırlar.

 

Qeyd edək ki, dünən gecə naməlum şəxslər ABŞ-ın Ankaradakı səfirliyinin binasını atəşə tutub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Putinin ordusu NATO ərazisini vurdu - Avropaya şok zərbə