Modern.az

Putin Ukrayna gəmilərinin ələ keçirilməsindən DANIŞDI

Putin Ukrayna gəmilərinin ələ keçirilməsindən DANIŞDI

Dünya

28 Noyabr 2018, 16:32

“Qara dənizdəki insidentdə əvvəlcədən hazırlanmış təxribatın əlamətləri var”.

 

Modern.az Rusiya KİV-nə istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Kerç boğazındakı hadisə ilə bağlı açıqlamasında vurğulayıb.

O bildirib ki, baş verənlər Ukrayna hökuməti, bəlkə də, elə dövlət başçısı Pyotr Poroşenko tərəfindən seçki ərəfəsində təşkil edilən təxribatdır:

 

“Poroşenkoya aşağı reytinqi səbəbindən müxalifətdən olan rəqiblərinə qarşı maneələr yaratmaq lazımdır"-deyə Putin bildirib.

 

Onun sözlərinə görə, Ukraynada hərbi vəziyyət tətbiq etmək üçün bu təxribat əvvəlcədən hazırlanıb:

 

"Krım Rusiyaya birləşəndən və Donbasda silahlı münaqişədən sonra Ukrayna hərbi rejim tətbiq etmədi. Ancaq adi kiçik bir insidentdən sonra bu rejim tətbiq olunub”. 

 

Qeyd edək ki, noyabrın 25-də  Qara dənizin Odessa limanından çıxan və Kerç boğazından keçərək, Azov dənizinin Mariupol sahilinə yola düşən 3 Ukrayna gəmisi Rusiya tərəfindən atəşə tutulub. Gəmi heyətinin ələ keçirilməsindən sonra vəziyyət daha da gərginləşib.

Hadisə nəticəsində 6 ukraynalı dənizçi yaralanmışdı. 

 

Ukrayna Rusiyadan onların dərhal azad edilməsini və geri qaytarılmasını tələb edir.

 

İnsidentdən sonra Ukraynada hərbi vəziyyət elan olunub. 

 

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!