Modern.az

Somalidə kamikadze hücumu - 4 ölü, 10 yaralı 

Somalidə kamikadze hücumu - 4 ölü, 10 yaralı 

Dünya

18 Yanvar 2022, 21:52

Somalinin paytaxtı Moqadişuda hərbi baza yaxınlığında yerləşən çayxanaya kamikadze hücumu edilib.

 

Modern.az xəbər verir ki, bu barədə dövlətə məxsus "Sonuna" xəbər agentliyi məlumat yayıb.

 

Kamikadze çayxanada mülki və hərbi şəxslər olarkən bomba partladıb.

 

Hücum nəticəsində azı 4 nəfər ölüb, 10 nəfər yaralanıb. 

 

Hadisəyə görə məsuliyyəti "əş-Şəbab" terrorçuları öz üzərinə götürüb.

 

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!