Modern.az

Şoyqu britaniyalı həmkarını Moskvaya çağırdı

Şoyqu britaniyalı həmkarını Moskvaya çağırdı

Dünya

21 Yanvar 2022, 18:10

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Böyük Britaniyanın müdafiə naziri Ben Uollesi Moskvaya dəvət edib.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

 

Məlumatda bildirilir ki, Şoyqu britaniyalı həmkarına qarşılıqlı münasibətlər prinsipi əsasında təhlükəsizliyə dair bütün aktual məsələləri istənilən vaxtda Moskvada müzakirə etməyi təklif edib.

 

Xatırladaq ki, Britaniyanın Ukraynaya 30 xüsusi təyinatlı hərbçi göndərdiyinə dair məlumatlar yayılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı