Modern.az

Azərbaycanın tanımadığı ölkə Aİ-yə üzv olmağa hazırlaşır

Azərbaycanın tanımadığı ölkə Aİ-yə üzv olmağa hazırlaşır

Dünya

15 Dekabr 2022, 21:56

Kosovonun baş naziri Albin Kurti Avropa İttifaqı (Aİ) Şurasına sədrlik edən Çexiyaya təşkilata üzvlük ərizəsini təhvil verib.

 

Modern.az xəbər verir ki, sənəd dekabrın 14-də imzalanıb.

 

Kosovo öz regionunda hələ də Aİ-yə üzvlük üçün müraciət etməyən yeganə ölkədir. Kosovo 2008-ci ildə Serbiyadan ayrılaraq müstəqilliyini elan edib. Onu 110-a yaxın ölkə tanıyır.

 

Yunanıstan, İspaniya, Kipr, Rumıniya və Slovakiya, eləcə də Rusiya və Azərbaycan bu siyahıda yoxdur.

 

Akif İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...