Modern.az

"Kökünü Qurutma Əməliyyatı": 77 nəfər saxlanıldı

Dünya

26 Mart 2023, 11:14

Türkiyədə narkotiklərlə mübarizə istiqamətində tədbirlər davam etdirilir. Bu kontekstdə "Kökünü Qurutma Əməliyyatı"nın növbəti mərhələsi keçirilib.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu dəfə əməliyyat Adana vilayətində gerçəkləşdirilib.

 

Bildirilib ki, əməliyyat çərçivəsində 212 şübhəli şəxsdən 77-si saxlanılıb.

 

Bundan sonra da oxşar əməliyyatların keçiriləcəyi qətiyyətlə vurğulanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!