Modern.az

Şimali Makedoniya Ukraynaya 12 helikopter verəcək

Şimali Makedoniya Ukraynaya 12 helikopter verəcək

Dünya

26 Mart 2023, 12:20

Şimali Makedoniya Ukraynaya 12 ədəd Mi-24 döyüş helikopteri vermək istəyir.

 

Modern.az xəbər verir ki, bu barədə "Unian" məlumat yayıb.

 

Ölkənin Müdafiə Nazirliyindən bildirilib ki, Şimali Makedoniya bu helikopterləri hələ 2001-ci ildə Ukraynadan alıb. Onların bəziləri işlək vəziyyətdə deyil, lakin 4 ədədi modernləşdirilib və NATO standartlarına uyğunlaşdırılıb.

 

"Ukraynanın texnikaya həqiqətən ehtiyacı var və Ukrayna Silahlı Qüvvələrinin müdafiəçiləri ondan məharətlə istifadə edirlər", - deyə məlumatda vurğulanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada