Modern.az

Ukrayna hərbçiləri Britaniyada tank təlimlərini başa vurdu

Ukrayna hərbçiləri Britaniyada tank təlimlərini başa vurdu

Dünya

27 Mart 2023, 09:52

Ukrayna tankçıları Böyük Britaniyada “Challenger 2” tanklarının idarə olunması üzrə təlimləri başa vurublar.

 

Modern.az xəbər verir ki, bu barədə "Unian" məlumat yayıb.

 

"Ukraynalı əsgərlər daha yaxşı təchiz olunmuş vəziyyətdə heç də az təhlükəli olmayan vətənlərinə qayıdırlar. Biz Ukraynaya lazımi müddətdə dəstək olmaq üçün mümkün olan hər şeyi etməyə davam edəcəyik. Onların qətiyyəti bizi ruhlandırır", - Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bildirib.

 

Təlim missiyası üzrə məsul polkovnik-leytenant Con Stoun ukraynalı müdafiəçilərin hazırlanmasını Britaniya üçün böyük şərəf adlandırıb.

Sizə yeni x var
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır