Modern.az

Rusiyada güclü partlayış - Hərbi müxbir öldü (VİDEO)

Rusiyada güclü partlayış - Hərbi müxbir öldü (VİDEO)

Dünya

2 Aprel 2023, 20:12

Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən restoranlardan birinin yaxınlığında partlayış baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

 

Bildirilib ki, partlayış zamanı 15 nəfər yaralanıb. Hadisə nəticəsində hərbi jurnalist Vladlen Tatarski ölüb. Məlumata görə, jurnalist kafedə hərbi müxbir peşəsi haqqında mühazirə oxuyurmuş.

 

Hüquq-mühafizə orqanlarından verilən xəbərə əsasən, kafedə işə düşən partlayıcı qurğunun gücü 200 qram trotildən çox olub.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada