Modern.az

Finlandiya baş naziri seçkini uduzdu

Finlandiya baş naziri seçkini uduzdu

Dünya

3 Aprel 2023, 00:27

Finlandiyada keçirilən parlament seçklərinin ilkin nəticələri açıqlanıb.

 

Modern.az xəbər verir ki, səsvermədə istifadə edilən bülletenlərin 90%-dən çoxu artıq sayılıb.

 

İlkin hesablamalara görə, sağçı müxalif Milli Koalisiya Partiyası seçkilərdə qələbə qazanıb. Partiyanın lideri Petteri Orpo artıq qələbə qazandıqlarını bəyan edib.

 

Millətçi Finlər Partiyası 20.2% səslə ikinci, hazırkı baş nazir Baş nazir Sanna Marinin Sosial Demokrat Partiyası isə seçkilərdə üçüncü yerdə qərarlaşıb. Marin tərəfdarları qarşısında çıxışı zamanı partiyasının məğlub olduğunu etiraf edib.

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!