Modern.az

Pakistana "Akıncı" PUA-ları göndərildi

Pakistana

Dünya

3 Aprel 2023, 14:14

Pakistana Türkiyənin "Baykar" şirkəti tərəfindən istehsal edilən "Akıncı" zərbə tipli pilotsuz uçuş aparatları (PUA) tədarük edilib.

 

Modern.az "Hürriyet" qəzetinə istinadən xəbər verir ki, PUA-nın fotoları Pakistan mediasında yayılıb.

 

Qeyd edək ki, Pakistan Türkiyədən 7 ədəd "Akıncı" sifariş edib. Digər PUA-ların daha sonra Pakistana göndəriləcəyi bildirilir.

 

İki mühərrikə malik "Akıncı" PUA-ları Türkiyə ordusu tərəfindən aktiv istifadə edilir. Ümumi çəkisi 1500 kq olan PUA artıq PKK terrorçularına qarşı əməliyyatda tətbiq edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!