Modern.az

Almaniyanın cəmi 20 min mərmisi qalıb 

Almaniyanın cəmi 20 min mərmisi qalıb 

Dünya

20 İyun 2023, 00:17

Almaniya ordusunun inventarında cəmi 20 min artilleriya mərmisi qalıb.

 

Modern.az xəbər verir ki, bu barədə Almaniyada nəşr olunan "Der Spiegel" jurnalı məlumat yayıb.

 

Qeyd olunub ki, Almaniya ordusu NATO-nun 30 günlük gərgin döyüşə tab gətirə biləcək kifayət qədər artilleriya ehtiyatına sahib olmaq üçün 2031-ci ilə qədər təxminən 230 min mərmidən ibarət inventar yaratmalıdır.

 

Hesabatda bildirilir ki, Müdafiə Nazirliyi qarşıdakı aylarda artilleriya və tank sursatlarının alınması üçün vəsaitlər ayırmalıdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV