Modern.az

İrana qarşı yeni SANKSİYALAR

İrana qarşı yeni SANKSİYALAR

Dünya

20 İyun 2023, 01:01

Kanada İrana qarşı yeni sanksiyalar tətbiq edib.

 

Modern.az xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, insan haqlarının pozulması ilə əlaqədar tətbiq edilən sanksiyalar bu dəfə hakimləri də əhatə edib.

 

Məlumata görə, ədalət sistemində, insan hüquqlarının kobud və sistematik şəkildə pozulmasında rol oynadıqlarına görə, İranın 7 hakimi "qara siyahı"ya salınıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!