Ermənistan Baş nazirinin rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyasının katibi İrəvan və Bakının sülh müqaviləsi layihəsi üzrə hələlik razılığa gələ bilmədiyi məqamları açıqlayıb.
Modern.az xəbər verir ki, Artur Hovhannisyan bu barədə jurnalistlərə açıqlama verib.
Onun sözlərinə görə, mübahisəli məqamlar arasında ərazi bütövlüyünün qarşılıqlı tanınması, Qarabağ sakinlərinin hüquqlarının və təhlükəsizliyinin təmin edilməsi, Ermənistanın suverenliyinin qorunmasıməsələləri var.
Hovhannisyan jurnalistlərə bildirib ki, bəzi təfərrüatların indi ictimaiyyət üçün işıqlandırılmasına ehtiyac yoxdur.