Modern.az

Saakaşviliyə qarşı yeni cinayət işi açıla bilər

Saakaşviliyə qarşı yeni cinayət işi açıla bilər

Dünya

14 Sentyabr 2023, 12:37

Gürcüstanın sabiq lideri Mixeil Saakaşviliyə qarşı yeni cinayət işi açıla bilər.

 

Modern.az xəbər verir ki, bu barədə “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının icraçı katibi Mamuka Mdinaradze məlumat verib.

 

O deyib ki, Saakaşvilinin büdcə vəsaitlərini öz şəxsi uçuşlarına xərcləməsi ilə bağlı cinayət faktı təsdiqlənib:

 

“Hər kəsə məlumdur ki, ölkənin birinci şəxsinin çarter reysi ilə uçması cinayətdir və yeni böyük miqyaslı cinayət faktı təsdiqlənib. Hesab edirəm ki, bu, araşdırmaya başlamaq üçün əsas olmalıdır”, - deyə Mdinaradze vurğulayıb.

 

Xatırladaq ki, Gürcüstan KİV-də yayılan məlumata əsasən, ölkənin Gürcüstan Müdafiə Nazirliyi ilə “Gürcüstan Hava Yolları” (Georgian Airways) arasında 24 milyon lari (təqribən 9 milyon dollardan artıq) məbləğində saziş bağlanıb və bunun 14 milyon lari (təxminən 5,3 milyon dollar) hissəsi yalnız Saakaşvilinin şəxsi səfərlərinə xərclənib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır