Modern.az

Ermənistanda qadınlar hərbi xidmətə cəlb ediləcək - 6 aylıq...

Ermənistanda qadınlar hərbi xidmətə cəlb ediləcək - 6 aylıq...

Dünya

14 Sentyabr 2023, 13:24

Ermənistanda qadınlar 6 ay müddətinə hərbi xidmətə cəlb ediləcək.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan müdafiə naziri Suren Papikyan Nazirlər Kabinetinin iclasında bildirib.

 

O deyib ki, qadınların orduya qəbulu cari ilin qış çağırışın zamanı həyata keçiriləcək və könüllü olacaq. Hərbi xidməti başa vurduqdan sonra qadınlar 1 milyon dram (2 500 dollar) məbləğində ödəniş alacaqlar.

 

Həmçinin əlavə olunub ki, qadınlar hərbi xidmətə çağırış gününə qədər xidmətdən imtina etmək hüququna malik olacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu