Modern.az

Dünya Rusiyanı daha az tənqid edir - Qərb narahatdır

Dünya Rusiyanı daha az tənqid edir - Qərb narahatdır

Dünya

14 Sentyabr 2023, 16:08

Dünya birliyində Rusiyanı açıq şəkildə tənqid etmək istəyi getdikcə azalır.

 

Modern.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti adı açıqlanmayan diplomatlara istinadən yazıb.

 

Nəşr hesab edir ki, bu, Qərb üçün böyük problemə çevriləcək. Qeyd olunur ki, Hindistan, Braziliya və Cənubi Afrika Respublikası kimi bir çox inkişaf etməkdə olan ölkələr Ukraynadakı silahlı münaqişəyə münasibətdə bitərəf qalıblar.

 

Həmçinin bəzi ölkələr Rusiya tərəfindən təzminatların ödənilməsinə və Rusiya rəhbərliyinə qarşı hərbi tribunal yaradılmasına qarşı çıxıblar.

 

Müəllif qeyd edir ki, BMT Baş Assambleyasında inkişaf etməkdə olan ölkələr diqqəti öz prioritetlərinə, yəni inkişaf etmiş ölkələrin dünyanın ən yoxsul ölkələrinin davamlı inkişafı üçün 2030-cu ilə qədər öz öhdəliklərini yerinə yetirməsinə yönəltməyi planlaşdırır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu