Yaponiya Qarabağ ətrafındakı vəziyyəti diqqətlə izləyir və bütün tərəfləri problemi sülh yolu ilə həll etməyə çağırır.
Modern.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Yoko Kamikava mətbuat konfransında bildirib.
"Yaponiya vəziyyətin inkişafını, o cümlədən yerli sakinlərin vəziyyətini izləməyə davam edəcək. Yaponiya ardıcıl olaraq bütün tərəfləri bu regionla bağlı məsələləri sülh və dialoq yolu ilə həll etməyə çağırır", - Kamikava bildirib.