Kanada hökuməti Endryu Turneri Ermənistana səfir təyin edib.
Modern.az xəbər verir ki, "Canadian Press" Turnerin gələn ay Ermənistandakı yeni səfirliyə rəhbərlik edəcəyini yazıb.
Turner Kanadanın Səudiyyə Ərəbistanında (2004-2007), Suriyada (2011-2012), Əfqanıstanda (2013-2015), Pakistanda (2015-2017) və İraqda (2017-2019) diplomatik nümayəndəliklərində xidmət edib.
O, son olaraq XİN-də Şərqi Avropa və Avrasiya üzrə direktor müavini vəzifəsində çalışıb.