Modern.az

Almaniya ukraynalı qaçqınlara yardımı azaldacaq - 2 DƏFƏ

Almaniya ukraynalı qaçqınlara yardımı azaldacaq - 2 DƏFƏ

Dünya

26 Sentyabr 2023, 12:38

Almaniya gələn il Ukraynadan olan qaçqınlara yardımı 2 dəfə azaltmağı planlaşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

 

Agentlik hökumətdəki mənbələrə istinadən yazır ki, indiki 3.75 milyard avro dəstəkdən fərqli olaraq, gələn il qaçqınlara dəstək üçün 1.7 milyard avro ayrılacaq.

 

Almaniyada Ukraynadan olan 1 milyondan çox qaçqın var.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu