Modern.az

Türkiyə Fələstinə zamin durmağa hazırdı - Hakan Fidan

Türkiyə Fələstinə zamin durmağa hazırdı - Hakan Fidan

Dünya

17 Oktyabr 2023, 10:12

Ankara sülh razılaşması əldə olunarsa, Fələstinə zamin ölkə kimi çıxış etməyə hazırdır.
 

Modern.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

Fidan daha əvvəl bildirmişdi ki, Ankara İsrail-Fələstin arasında gərginliyi artıran tərəflər üçün zaminlər sistemi yaratmaq ideyasını irəli sürüb.
 

Türkiyə XİN rəhbəri xüsusilə Fələstin tərəfi üçün zamin kimi çıxış edəcək ölkələrin Yaxın Şərq regionundan olmasının vacibliyini vurğulayıb.
 

"Bu, Türkiyəyə də aiddir. Digər ölkələr isə İsrail üçün zamin olmalıdır. Hər iki tərəfə uyğun olan razılaşma əldə edildikdən sonra zamin ölkələr atəşkəs müqaviləsinin tələblərinin yerinə yetirilməsi üçün məsuliyyət daşımalıdırlar. Yalnız bu yolla davamlı sülh əldə oluna bilər", - nazir deyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!