Modern.az

Qəzzanı tərk etmək istəyən rusiyalıların sayı AÇIQLANDI

Qəzzanı tərk etmək istəyən rusiyalıların sayı AÇIQLANDI

Dünya

10 Noyabr 2023, 10:13

Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi ilə əlaqədar 500-dən çox Rusiya vətəndaşı Qəzza sektorunu tərk etməyə hazırdır.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə agentliyin müxbir ilə telefon danışığında rusiyalı qadın Yelena əl-Xor məlumat verib.

 

O, Misirlə sərhəddə yerləşən Rəfah keçid məntəqəsində Qəzza zolağından çıxmağı gözlədiyini qeyd edib.

 

Xatırladaq ki, Fələstin-İsrail qarşıdurması 7 oktyabrdan başlayıb. İndiyə kimi davam edən toqquşmalarda hər iki tərəfdən minlərlə insan həyatını itirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada