Modern.az

Mirzoyan britaniyalı nazirlə Qafqazı müzakirə etdi 

Mirzoyan britaniyalı nazirlə Qafqazı müzakirə etdi 

Dünya

13 Noyabr 2023, 21:56

Emənistan xarici işlər naziri Ararat Mirzoyanla Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Leo Dokerti ilə görüşüb.

 

Modern.az xəbər verir ki, görüşdə Ermənistan-Böyük Britaniya strateji dialoqunun ilk görüşü keçirilib.

 

Görüş zamanı tərəflər Cənubi Qafqazda təhlükəsizlik və sabitlik məsələlərini, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesini hərtərəfli müzakirə ediblər.

 

"Nazir Mirzoyan oktyabrda Qranadada keçirilmiş dördtərəfli görüşdən sonra qəbul edilmiş bəyanatda əksini tapan prinsiplər əsasında sülh prosesində irəliləyişin vacibliyini vurğulayıb. Regional kanallarının açılması kontekstində Mirzoyan Ermənistan tərəfindən hazırlanmış “Sülhün kəsişməsi” layihəsini təqdim edib və onun həyata keçirilməsi nəticəsində Ermənistanın və bütövlükdə regionun sabitliyi və inkişafı üçün gözlənilən üstünlükləri vurğulayıb", - deyə Ermənistan XİN yaydığı məlumatda bildirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək