Modern.az

Türkiyə Qərb ölkələrindən dəstək gözləyir – Ərdoğan Berlinə gedir

Türkiyə Qərb ölkələrindən dəstək gözləyir – Ərdoğan Berlinə gedir

Dünya

14 Noyabr 2023, 09:32

Türkiyə Ankaranın Qəzzadakı vəziyyətin nizamlanması üçün vasitəçilik səylərində Qərbin yardımını hələ görməyib, lakin prezident Rəcəb Tayyib Ərdoğanın Berlinə səfəri zamanı aydın mənzərəni görməyə ümid edir,.

Modern.az xəbər verir ki, bunu Türkiyə paytaxtındakı diplomatik mənbə “Ria Novosti”yə bildirib.


Ərdoğanın Berlin səfəri noyabrın 17-nə planlaşdırılıb.


"Qərbdən yardım görmürük. Əksinə, təcavüzkara dəstək görürük. Türkiyə tərəfləri danışıqlar masasına oturtmağa, girovların dəyişdirilməsi prosesində hər cür vasitəçilik etməyə çalışır. Qərb ölkələrindən isə heç bir dəstək yoxdur.”, - agentliyin həmsöhbəti bildirib.


Onun sözlərinə görə, Ərdoğanın Berlinə gözlənilən səfəri “vəziyyətə aydınlıq gətirəcək”.


“Biz aydın mənzərə görəcəyimizə, aydın mesajlar (Qərbdən) eşidəcəyimizə ümid edirik”,- deyə diplomatik mənbə vurğulayıb.

Sizə yeni x var
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək