Modern.az

Putin Kissincerin xanımına BAŞSAĞLIĞI VERDİ

Putin Kissincerin xanımına BAŞSAĞLIĞI VERDİ

Dünya

30 Noyabr 2023, 12:04

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın sabiq dövlət katibi Henri Kissincerin vəfatı ilə bağlı həyat yoldaşına başsağlığı verib.

 

Modern.az RİA-ya istinadən xəbər verir ki, Putin Kissincerin xanımına bununla bağlı teleqram yollayıb.

 

O, mərhum dövlət katibini görkəmli diplomat və müdrik dövlət xadimi adlandırıb.

 

“Mənim bu dərin, qeyri-adi insanla dəfələrlə şəxsən ünsiyyət qurmaq imkanım olub və onun ən xoş xatirəsini heç şübhəsiz ki, yaddaşımda saxlayacağam”, - deyə Rusiya prezidenti qeyd edib.

 

Xatırladaq ki, Kissincer 100 yaşında Konnektikutdakı evində vəfat edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!